Icma.az
close
up
RU
Asan gömrük dəhlizi

Asan gömrük dəhlizi

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Türk dövlətləri arasında ticarətin yumşaldılmasını təmin edən sadələşdirilmiş gömrük rejimi yaradılıb

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması ilə bağlı Saziş qüvvəyə minib. Sənədə əsasən, türk dövlətlərinin apardığı ticarət əməliyyatları zamanı gömrük prosedurları asanlaşacaq və  daşınma-logistika rejimi yumşaldılacaq, eləcə də qarşılıqlı ticarətin elektronlaşdırılması üzrə rəqəmsal məlumat mübadiləsi həyata keçiriləcək. Nəticədə yeni gömrük qaydaları sərhədkeçmə prosedurlarını asanlaşdırmaqla, vaxt və müddətləri qısaldacaq, türk dünyası arasında ticarətin optimallaşması baş verəcək.

“Qarabağ Bəyannaməsi”nin hədəfləri gerçəkləşir

Qeyd edək ki, türk dövlətləri sadələşdirilmiş gömrük rejiminin yaradılması barədə niyyətini 2022-ci il noyabrın 11-də Səmərqənddə keçirilən Zirvə Görüşündə bəyan edib. TDT ölkələri tərəfindən imzalanan “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişdən irəli gələn hüquqi çərçivə ötən 2 il ərzində müvafiq orqanlar arasında hazırlandıqdan sonra 2024-cü il noyabrın 29-da qüvvəyə minib. Eyni zamanda, Türkiyə, Türkmənistan, Azərbaycan, Özbəkistan, Qazaxıstan arasında Gömrük Əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılması da azad ticarət dəhlizinin fundamental əsaslarından birini təşkil edir.

Yeri gəlmişkən, yeni təsisatın yaradılması türk dövlətlərinin 2024-cü ilin iyul ayında Şuşa şəhərində imzaladığı “Qarabağ Bəyannaməsi”ndə əks edilmiş iqtisadi-ticari hədəflərə uyğundur. Bəyannamənin əsas prinsiplərindən biri TDT-nin kollektiv ticarət alyansının yaradılması və bu məqsədlə gömrük rejimlərində asan preferensial (qarşılıqlı güzəşt) qaydaların tətbiqi ilə bağlıdır. Preferensial sazişlərin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, iqtisadi əlaqələrin və ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasını nəzərdə tutur. Bu baxımdan tərəflər arasında mərhələli şəkildə idxal və ixrac olunan bir sıra məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarını qarşılıqlı olaraq azaldılması istisna deyil.

Kompüterləşdirilmiş Tranzit Sisteminin yaradılması

TDT-nin yeni iqtisadi baxış siyasətinə əsasən, ölkələr arasında rəqəmsal azad ticarət rejiminin təmin olunması da əsas prinsiplərdən biridir. Bu, üzv ölkələr arasında  qarşılıqlı olaraq ticarət rejiminin yumşaldılması və idxal-ixrac mallarının gömrük və tranzit rüsumlarının aşağı salınması deməkdir. Nəticədə hər iki sənədin ən mühüm prioritetlərdindən biri qüvvəyə minməklə ticarət əməkdaşlığı sahəsində vahid strategiyanı müəyyən edəcək. Sadələşdirilmiş gömrük dəhlizinin yaradılması TDT-nin digər əsas hədəflərindən biri olan ticarətin rəqəmsallaşdırılması konseptinə çatmağa da imkan verəcək. Bu məqsədlə tərəflər Türkiyədə qüvvədə olan Kompüterləşdirilmiş Tranzit Sistemi (DEPA) təcrübəsini tətbiq edəcək.  DEPA sazişi qardaş ölkələr arasında qarşılıqlı ticarətin və xarici investisiyaların həcminin artırılması, birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığın daha da güclənməsi, eləcə də biznes qurumları arasında işgüzar münasibətlərin genişlənməsi üçün hüquqi əsaslar yaradır.

Sözsüz ki, sadələşdirilmiş gömrük dəhlizinin yaradılması türk dövlətləri arasında əmtəə dövriyyəsinin də artmasına səbəb olacaq. Hazırda bu dövlətlərin apardığı qarşılıqlı xarici ticarət dövriyyəsinin həcmi təxminən 45-48 milyard dollar təşkil edir. Bu, onların ümumi ticarət dövriyyəsinin 5 faizi deməkdir. Ancaq potensial bundan ən azı 10 dəfə böyükdür. Ona görə də türk dövlətləri öz iqtisadi güc və potensiallarını vahid zəncirdə birləşdirməklə regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında rolunu artımaq niyyətindədir. Mövcud axıcı nəqliyyat infrastrukturlarının daha da müasirləşdirilməsi və beynəlxalq transregional dəhlizlərə inteqrasiyaların genişləndirilməsi bu hədəflərin reallaşmasına imkan verməklə, TDT-nin qlobal ticari coğrafiyalarda üstün mövqeyini möhkəmləndirəcək.

İkiqat vergitutmanın aradan qaldırılması

Türk dövlətləri iqtisadi-ticari dövriyyənin yüksəldilməsi məqsədilə asan vergi rejiminin də yaradılması istiqamətində iradəli addımlar atmaqdadır. TDT ölkələrinin demək olar ki, hamısı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər imzalanıb ki, bu da dövlətlərarası mal və xidmət ticarətini, kapitalın, texnologiyanın və şəxslərin sərbəst hərəkətini, eləcə də özəl sərmayələrin axınını stimullaşdırmaq məqsədi güdür.

Beləliklə, ölkələr arasında ticarətin liberallaşdırılması, sərhəd-keçid sistemlərinin rəqəmsallaşması sayəsində daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsinin qurulması, gömrük prosedurlarının asanlaşdırılması və preferensial ticarətin təmin olunması nəzərdə tutulur ki, bütün bunlar son nəticədə əsas niyyət olan Azad Ticarət Rejiminin formalaşmasına səbəb olacaq. Bu isə türk dövlətlərinin regional iqtisadi inteqrasiyası istiqamətində bağlantılarını daha da artıracaq.

ELBRUS CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Dekabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri