Lionel Messi: Heç vaxt rekord qırmaq və ya kimisə ötmək məqsədim olmayıb
Icma.az bildirir, sport24.az portalına istinadən.
"İnter Mayami"nin hücumçusu Lionel Messi futbol statistikasını sevmədiyini və rekordlara əhəmiyyət vermədiyini etiraf edib. Sport24.az xəbər verir ki, ulduz futbolçu bununla bağlı ESPN-ə açıqlama verib:
"İnsanlar bu günlərdə statistikaya çox diqqət yetirirlər, amma mən şəxsən onları o qədər də bəyənmirəm. Rekord qırmaq və ya kimisə ötmək üçün mütləq məhsuldar ötürmə etməliyəm və ya qol vurmalıyam kimi fikirim olmayıb. Mən futbolla yaşayıram və ondan həzz alıram. Vacib oyunçu olmaq və meydana çıxmaq məni xoşbəxt edir.
Karyeramın ən yaxşı mövsümü? Bilmirəm, çətin sualdır. Hər şey bu məsələyə hansı prizmadan baxmağındır. Elə il olub ki, böyük uğura imza atmışıq. Milli komanda ilə Amerika Kubokunun finalına çıxdıq, "Barselona" ilə Çempionlar Liqasını qazandıq. 2012-ci ildə təxminən 91 qol vurdum. İndi hansı mövsümü seçim? Təbii ki, bunun üçün oynamıram və statistika mənə heç vaxt narahat etmir. Heç vaxt rekord qırmaq və ya kimisə ötmək məqsədim olmayıb. Hansısa ili seçmək çətindir. Amma xoşbəxtlikdən, çox yaxşı mövsümlərim olub".
Qeyd edək ki, 38 yaşlı argentinalı karyerası ərzində PSJ, "İnter Mayami" və "Barselona"nın formasını geyinib. Klub səviyyəsində 962 oyun keçirib, 787 qol vurub və 381 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 05 Dekabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















