Icma.az
close
up
RU
BU YERLƏRƏ BİR DƏ GƏL

BU YERLƏRƏ BİR DƏ GƏL

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın hansı bölgəsinə, hansı rayonuna, hansı qəsəbəsinə və hansı kəndinə ayaq bassan, orda birmənalı olaraq böyük dəyişikliklər, böyük quruculuq işləri, abadlıq və qeyri-adi mənzərələrin şahidi olmaq mümkündür. Əlbəttə, bütün bunları həyata keçirmək üçün ölkəmizin  zəngin iqtisadiyyatı, maliyyə mənbələri  mövcuddur. Təbii ki, bu maliyyə mənbələri olmadan bölgələrimizdə o qədər möhtəşəm abadlıq və quruculuq işlərini  həyata keçirmək çox çətin olar. Və bir də hansı rayondakı quruculuq işləri görülür, həmin rayonun sakinləri də bu işdə heç şübhəsiz, yaxından iştirak edir. 

Belə abadlıq və quruculuq işləri görülən  rayonlarımızdan biri də Qubadır. Təbii ki, Quba şimal bölgəsinin bütün dövrlərdə mərkəzində dayanan bir region olub. Yəni burda istər Sovet dönəmində, istərsə də müstəqillik dövründə iqtisadiyyatın inkişafına, böyük tikinti işlərinə, sosial obyektlərin inşasına  xüsusi bir önəm verilib. Həm də onu qeyd edək ki, Quba şəhəri tarixi və memarlıq üslubuna görə zəngin mədəniyyətə malikdir. Bu yerlərin xalçası, min rəngə çalan o gözəl gəbələri təbii ki, insanların həmişə diqqət mərkəzində olub. Amma bizim məqsədimiz heç də Quba xalçalarından danışmaq deyil, Quba rayonunda görülən  möhtəşəm abadlıq və quruculuq işlərindən  söhbət açmaqdır. Heç şübhəsiz, bütün bunları həyata keçirmək üçün bayaq dediyimiz kimi, böyük maliyyə imkanları tələb olunur.

Son 20 ildə demək olar ki, Qubada bir-birindən gözəl parklar, xiyabanlar, istirahət mərkəzləri, muzeylər və eləcə də digər  sosial  obyektlər  inşa edilib. Ən müasir üslubda Olimpiya İdman Mərkəzi, xəstəxana, uşaq bağçaları tikilib. Onu da qeyd edək ki, Qubada gedən abadlıq işlərinə tək yerli camaat deyil, həm də xarici ölkələrdən bura səyahət edən turistlər də heyran qalırlar. Çünki ilk növbədə xaricdən gələn əcnəbilər hotellərdə, istirahət mərkəzlərində, restoranlarda, yeməkxanalarda rahat yer axtarırlar. Başqa sözlə demiş olsaq, onlar komfortlu və hər cür şəraiti olan istirahət  mərkəzinə  daha çox meyl edirlər.

Heç şübhəsiz, bu qədər böyük, möhtəşəm işlərin  görülməsi hər bir insandan, hər bir vətəndaşdan  böyük məsuliyyət tələb edir. Qubada bir-birindən gözəl parklar, xiyabanlar çoxdur. Və eyni zamanda bir-birindən gözəl istirahət mərkəzləri də az deyil. Amma  adama ən çox xoş gələn odur ki, bu gözəl məkanlara minlərlə insan təşrif buyurur və orda  ürəkləri  istədiyi kimi istirahət edirlər. Bütün bunları deməkdə məqsədimiz ondan ibarətdir ki, Quba  hər gün qubalıların gözündə bir az da böyüyür, bir az da ucalır və bir az da inkişaf edir.

Biz dəfələrə Qubada olmuşuq. Ümumiyyətlə, bir fikri deyək ki, Qubanın bütün fəsilləri gözəldir. Yazın öz gözəlliyi var, yayın öz gözəlliyi, payızın da öz əsrarəngsizliyi. Qışın da özünəməxsus cizgiləri var. 

Bu yaxınlarda  ailəlikcə yenidən Qubaya baş çəkmişdik. Bir müddət idi ki, ora getmirdik, amma az  müddətdə gördüyümüz abadlıq, quruculuq işləri bizi  çox sevindirdi. Hətta o qədər sevindirdi ki, müalicə ocaqlarının birində bir neçə gün  müalicə olunduq. Əvvəllər bu müalicə üçün Rusiyaya getməliydin, amma bu gün Qubada elə sağlamlıq mərkəzləri, sanatoriyalar, müalicə ocaqları var  ki, heç də xaricdəkindən geridə qalmırlar. Həmin müalicə mərkəzində istirahət edən bir nəfərlə tanış olduq. Bu 85 yaşlı Məmməd Cəfər oğlu Əliyev idi. Dedi ki, oğul, mən hər il Qubaya  iki dəfə istirahətə gəlirəm. Bir dəfə yay aylarında, onda gəlib Qəçreşdə  və bir də gözəl meşəliklərdə düz bir ay istirahət edirəm. Payızda isə xəstəliklərin  oyandığı dövr olduğu üçün gəlib burda  sanatoriyada müalicə alıram. Özü də hər dəfə müalicədən sonra özümü daha yaxşı hiss edirəm. Ona görə də  noyabr və dekabr ayının əvvəlində bir qayda  olaraq bura müalicəyə gəlirəm. Sözün düzü, biz də bir neçə gün həmin müalicə ocağında olduq. Hər cür şəraiti olan bu sanatoriyada elə bir neçə gün müalicə almaq da insana bəs edir. Pulun olsa lap çox müalicə götürsən, səhhətin daha da yaxşılaşar.

Ordan tənbəllik eləməyib Heydər Əliyev parkına üz tutduq. Noyabr ayı olsa da hava bir qədər əvvəlki  vaxtlara nisbətən ilıq keçirdi. Elə bir  neçə təqaüdçü,  yaşlı insanlarla da bu parkda tanış oluruq. Onlardan biri Həşim Əliyevdir. Həşim Əliyev uzun müddət  iqtisadiyyat sahəsində çalışıb. Daha doğrusu, Quba Konserv zavodunda işləyib. İndi onun doxsana yaxın yaşı var. Həşim müəllim deyir ki, ömrümü çox gözəl yaşamışam. Doqquz  övladım olub, hamısına da ali təhsil vermişəm, evləndirmişəm, ev-eşik sahibi  etmişəm. İndi onların hərəsi  bir sahədə işləyir, oğlum Cəfər isə həkimdir. Maşallah, nəvələrim də hamısı ali məktəbi qurtarıb bir işin qulpundan yapışıb. Biz dədə-babadan zəhmətkeş nəsil olmuşuq. Bununla yanaşı,  kitab oxumağı da yaddan çıxarmamışıq. Uşaqlarım deyir ki, ata, sənə nə kömək edək? Bəlkə bir çətinliyin var? Şükür Allaha, mənim heç bir çətinliyim yoxdur, aldığım təqaüd mənə bəs edir. Mühasib  işlədiyimə görə müəyyən adamlar gəlib məndən məsləhət alırlar. Onlar da istər-istəməz çəkdiyim zəhmətə görə mənə pul ödəyirlər. Heç  çox vaxt pul da istəmirəm, amma mənə zorla verirlər.

Həşim müəllim deyir ki, mənimlə həmyaşıd dostlarım var, Qəzənfər,  Paşa , Cəmil, İdrak, Nikolay və Qurban, onlar da elə hər gün mənim kimi bu  parka gəlirlər. Allaha and olsun, Qubanın hansı yerinə gedirsən, bax, belə cənnətdir. Tək rayon mərkəzi deyil, qəsəbələrimiz, kəndlərimizdə belə çox böyük abadlıq, quruculuq işləri görülüb. Kəndlərə asfalt yollar çəkilib, yeni məktəblər, xəstəxanalar, uşaq bağçaları tikilib və orda Quba camaatı özünü çox rahat hiss edir və rahat da yaşayırlar. Bütün bu gözəlliklərə görə, yaradılmış şəraitə görə Ulu Öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə  minnətdarıq. Çünki Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə Qubada çox möhtəşəm abadlıq işləri görülüb. İndi də onun siyasətini İlham Əliyev cənabları davam etdirir. Allah ona cansağlığı versin və doğmalarını qorusun!
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 Dekabr 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see359

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see351

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see269

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see269

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see260

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see257

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see208

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see188

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see187

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see178

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see168

Suriyada qaz boru kəmərində partlayış Təchizat dayandırıldı

19 Avqust 2026 06:56see161

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see160

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see159

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see153

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see153

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see149

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see148

Dövlətlə əmlak mübadiləsi mümkün olacaq DETALLAR

19 Avqust 2026 07:02see148

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri