Icma.az
close
up
RU
“ASAN xidmət” dost Pakistanda

“ASAN xidmət” dost Pakistanda

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ardıcıllıqla həyata keçirilən siyasətin nəticəsi olaraq Azərbaycanın inkişafı elə yüksək səviyyəyə çatıb ki, artıq respublikamız dünyaya intellektual məhsul ixracını da uğurla həyata keçirir. Ayrı-ayrı ölkələrdə “ASAN xidmət”ə marağın artması bunun əyani təsdiqidir. Bu günlərdə “ASAN xidmət”in sorağı daha bir uzaq ünvandan - bu dəfə dost Pakistandan gəlib. Bu ölkənin İslamabad şəhəri dünyada “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığı növbəti ünvan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, İslamabadda baş tutan açılış mərasimdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. Tədbirdə vurğulanıb ki, 2025-ci il sentyabrın 10-da Pakistan İslam Respublikasının Baş nazirinin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş” imzalanıb. Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Agentliyi tərəfindən “ASAN xidmət” təcrübəsinin Pakistanla paylaşılması istiqamətində əməkdaşlıq həyata keçirilib. Mərkəzin qurulması istiqamətində Pakistan tərəfinə zəruri dəstək göstərilib.

Azərbaycanın intellektual brendi

Azərbaycan dövləti Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkənin müasirləşdirilməsini özünün strateji hədəflərindən biri kimi müəyyənləşdirib. “ASAN xidmət” modeli də bu siyasətin real həyatda uğurlu təzahürüdür.  Respublikamızda dövlət başçısının müvafiq Fərmanı əsasında 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Dövlət idarəçiliyi sahəsində islahatların tərkib hissəsi kimi yaradılan “ASAN xidmət”in respublikamızda yüksək populyarlıq qazanması üçün böyük zaman kəsiyi lazım gəlməyib. Bakıda pilot layihə kimi əsası qoyulan “ASAN xidmət” mərkəzləri özünü doğruldub və respublikamızda qısa müddətdə bu şəbəkənin coğrafiyası regionlara doğru genişlənib. Hazırda Azərbaycanda 28 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Vətəndaşlar paytaxt Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən və digər ünvanlarda da “ASAN xidmət” mərkəzlərinin  fəaliyyətindən bəhrələnirlər.

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox, “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir. İndiyədək “ASAN xidmət” mərkəzlərinə 92 milyondan çox vətəndaş müraciət edib. Paytaxtda və regionlarda hər gün “ASAN xidmət” mərkəzlərinə təxminən 40 min vətəndaş müraciət edir və onların məmmunluq səviyyəsi 99 faizin üzərində olur. Eyni zamanda, regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir.

Çox doğru olaraq “ASAN xidmət” mərkəzləri Azərbaycanın intellektual brendi kimi dəyərləndirilir. Burada vətəndaşlara müxtəlif xidmətlər innovativ texnologiyalardan geniş istifadə edilməklə göstərilir. Nəticədə, şəffaflıq tam təmin olunur və vətəndaş-məmur təmasları aradan qalxır. “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri üzərində qurulub.

Dünyada “ASAN xidmət”ə artan maraq

Dünyada “ASAN xidmət” modelinə marağın artması Azərbaycanın böyük uğurudur. İndiyədək əlçatanlığı ilə yüksək vətəndaş məmnunluğu yaradan bu struktur bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunub. Artıq ayrı-ayrı ölkələrdə də bu modelin tətbiqinə başlanıb. Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. Perspektivdə “ASAN xidmət” brendinin dünyada əhatə edəcəyi coğrafiyaların daha da genişlənəcəyi gözlənilir. Bunu son vaxtlarda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrı-ayrı ölkələrdən əməkdaşlıqla bağlı artan müraciətlər də təsdiqləyir. Beynəlxalq əməkdaşlığa dair son nümunələrdən biri kimi İndoneziya və Azərbaycan arasında ötən ilin dekabr ayında onlayn formatda baş tutan dövlət xidmətləri üzrə Simpoziumu göstərmək mümkündür. Həmin sənədlərə uyğun olaraq  hazırda İndoneziya Respublikasında “ASAN xidmət” təcrübəsi əsasında yaradılmış 300-dən çox Dövlət Xidmət Mərkəzi fəaliyyət göstərir.

Artıq Avropa İttifaqının üzv dövləti olan Rumıniya da “ASAN xidmət” modelinə böyük maraq göstərir. Ötən ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniya Hökumətinin Baş Katibliyinin dəvəti əsasında bu ölkəyə səfəri baş tutub.

Bundan başqa Sudan Respublikasının ölkəmizdə səfərdə oolan rəsmiləri də “ASAN xidmət” mərkəzlərinin təcrübəsinin öz ölkələrində tətbiqində maraqlı olduqlarını ifadə ediblər.

Dost Pakistana Azərbaycanın hədiyyəsi

“Pakistan ASAN xidmət” mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi planlaşdırılır. Mərkəzdə “ASAN xidmət” standartları, ASAN könüllük proqramı və ASAN-ın innovativ həlləri tətbiq edilir. Mərkəzlə tanışlıqdan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Pakistan ASAN xidmət” mərkəzinin gələcək inkişaf konsepsiyası, innovativ həllər və Azərbaycanın DOST konsepsiyası ilə bağlı Pakistan nümayəndə heyəti üçün təqdimat edib.

Baş nazir Məhəmməd Şahbaz Şərif “ASAN xidmət” modelinin Pakistanda tətbiqinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü ifadə edib. “ASAN xidmət”i dövlət xidmətlərinin göstərilməsində mütərəqqi və innovativ bir model kimi qiymətləndirən Baş nazir vurğulayıb: “Ötən il qardaş ölkəyə rəsmi səfərim zamanı Bakıda “ASAN xidmət” mərkəzini ziyarət etdik. Həmin mərkəz həqiqətən fenomenal idi, son dərəcə təsirli və nümunəvi bir təcrübə təqdim edirdi. Bunun ardından mən müraciət etdim ki, ilk mərhələdə İslamabadda oxşar bir mərkəz yaradılsın. Bu gün artıq buradayıq. “ASAN xidmət” rəhbərliyi və nümayəndə heyəti də buradadır. Onlar son dərəcə böyük dəstək göstəriblər. Bu əməkdaşlıq misilsizdir. Bütün bu texnologiya Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan tərəfindən bizə hədiyyə edilib. Fürsətdən istifadə edərək, Prezidentə bir daha dərin təşəkkürümü bildirmək istəyirəm. Mərkəz bu gündən fəaliyyətə başlayıb və inşallah, biz onu genişləndirəcək, Pakistanın digər bölgələrində də yeni mərkəzlər yaradacağıq”.

Xatırladaq ki, 30 ölkə və beynəlxalq təşkilatla “ASAN xidmət” modelinin ixracına dair müqavilə bağlanıb. Artıq 6 ölkədə - İndoneziya, Özbəkistan, Efiopiya, Uqanda və Əfqanıstandan sonra Pakistanda da “ASAN xidmət” modeli əsasında xidmət mərkəzləri fəaliyyət göstərir.

Pakistan dünyanın ikinci ən böyük müsəlman ölkəsidir və bu baxımdan “ASAN xidmət” modelinin burada tətbiqi həm strateji tərəfdaşlıq baxımından, həm də eyni dəyərləri bölüşən ölkələr arasında əməkdaşlığın güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Yanvar 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see396

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see363

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see359

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see325

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see321

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see313

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see245

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see220

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see212

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see211

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see208

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see206

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see204

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see194

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see193

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see189

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see187

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri