Icma.az
close
up
RU
“ASAN xidmət” İstanbuldakı sammitdə Fotolar

“ASAN xidmət” İstanbuldakı sammitdə Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabrın 11-12-də Türkiyənin İstanbul şəhərində “Take Off İstanbul” startap sammiti keçirilib.

ASAN-ın İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin və Prezident İnvestisiya İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən sammit sahibkarlıq mühitini gücləndirmək məqsədi daşıyıb.

Tədbirdə “ASAN xidmət”in “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri olan “Savafy.org”, “Taskool” və “KidFi”, “Gələcək üçün bacarıqlar” layihəsinin “Vooshi”, “Medappoint”, həmçinin “Glorri” yerli startapı innovativ həlləri və texnologiyaları ilə ölkəmizi təmsil ediblər. Onlar investorlarla və ekosistemin əsas oyunçuları ilə tanışlıq imkanı qazanıblar.

“İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov "Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktara təqdim olunan innovativ layihələr barədə məlumat verib. Selçuk Bayraktar startapların fəaliyyətini yüksək qiymətləndirib və onlara uğurlar arzulayıb.

Tədbir çərçivəsində Türk İnvestisiya Fondu, "Yandex", "Al Baraka", “Sglobe.co”, T3 Vəqfi, “ODTÜ Teknokent”, “Havelsan”, “Bilişim Vadisi” və bir çox vençur fondlarla da görüşlər keçirilib və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Beynəlxalq startap sammiti olan “Take Off” innovasiya üçün maneəsiz mühit yaratmaq məqsədilə sahibkarları, mentorları, vençur kapitalı təmsilçilərini və şirkətləri bir araya gətirir. Sammit sahibkarların innovativ layihələrini təqdim etmələri, investorlarla birbaşa əlaqə qurmaları, sənaye liderlərindən ilham almaları və yeni biznes imkanları yaratmaları üçün unikal fürsətlər yaradır.

Bu günə qədər 100-dən çox ölkədən 801 startapı, 412 mentoru və investoru, 166 məruzəçini bir araya gətirən və ümumilikdə 755 min dollarlıq mükafat fondu təqdim edən “Take Off İstanbul” sahibkarlıq ekosisteminin inkişafına həsr olunmuş qlobal miqyaslı qeyri-kommersiya tədbiridir.






Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Dekabr 2024 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see353

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see295

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see266

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see223

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see212

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see205

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see205

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see197

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see190

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see180

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see180

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see178

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see172

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see168

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see158

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see155

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see154

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see153

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see148

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri