ASAN xidmət mərkəzlərinin işıqlandırma sistemləri yenilənəcək Yarım milyonluq LAYİHƏ
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bəzi "ASAN xidmət" mərkəzlərində binadaxili, fasad və həyətyanı işıqlandırma sistemlərinə texniki dəstək xidmətlərinin satın alınması ilə bağlı tender elan edib.
BAKU.WS-in məlumatına görə, müsabiqənin ümumi dəyəri 447 min 117 manat 96 qəpik təşkil edir.
Qeyd edək ki, satınalma Dövlət Agentliyinin balansında olan bir neçə "ASAN xidmət" mərkəzinin işıqlandırma infrastrukturunun texniki dəstəyini təmin etməyi hədəfləyir. Bu, xidmət keyfiyyətinin artırılması və vətəndaşlara göstərilən şəraitin daha da yaxşılaşdırılması məqsədi daşıyır.
Baxış sayı:57
Bu xəbər 17 İyul 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















