Icma.az
close
up
RU
Yevgeni Karabanov: Azərbaycanın taxıl yükləri üzrə tranzit potensialı daha da inkişaf edəcək MÜSAHİBƏ

Yevgeni Karabanov: Azərbaycanın taxıl yükləri üzrə tranzit potensialı daha da inkişaf edəcək MÜSAHİBƏ

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Astana, 31 yanvar, AZƏRTAC

Qazaxıstan dünyada taxılın ən iri ixracatçıları sırasında yer alır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı Astana ilə Bakı arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır. Qazaxıstan Taxıl İttifaqının Analitika Komitəsinin rəhbəri Yevgeni Karabanov AZƏRTAC-a müsahibəsində Qazaxıstan ilə Azərbaycan arasında taxıl sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, Qazaxıstan buğdasının rəqabətqabiliyyətliyi və nəqliyyat dəhlizlərinin rolu barədə danışıb. Müsahibəni təqdim edirik.

– Bu gün Azərbaycan Qazaxıstan taxılının ixrac strukturunda hansı yeri tutur və bu göstərici son illərdə necə dəyişib?

–Azərbaycan buğdanın əsas hissəsini yaxın və nisbətən ucuz logistika amilinə görə Rusiyanın cənub bölgələrindən idxal edir. Bununla belə, bəzi dövrlərdə Rusiyada qiymətlər yüksəldikdə və ya yaxın regionlarda buğda qıtlığı yarandıqda, azərbaycanlı idxalçılar buğdanı Qazaxıstandan alırlar.

Keçən marketinq ilinin avqust–sentyabr ayları buna nümunə ola bilər. Rusiyanın cənubunda yaz şaxtaları və quraqlıq nəticəsində buğdanın qiymətləri yüksəldi və Azərbaycan bazarında Qazaxıstan buğdasına tələbat yarandı. Xüsusilə marketinq ilinin ikinci yarısında ixrac artdı, çünki Qazaxıstanda uzaq bazarlara buğda ixracı üçün nəqliyyat subsidiyaları tətbiq edildi. Keçən marketinq ilinin yekunlarına görə, son 8 ildə Qazaxıstandan Azərbaycana buğda ixracı üzrə rekord həcm qeydə alındı – 695,2 min ton. Qazaxıstan buğdasının ümumi ixrac həcmində Azərbaycana tədarükün payı 9 faizdən bir qədər çox oldu.

Son 7 ilin göstəricilərinə baxdıqda, Qazaxıstandan Azərbaycana buğda ixracının dinamikasının qeyri-sabit olduğu görünür: 2018-2019-cü illər mövsümündə 339,5 min ton, 2019-2020-ci illər mövsümündə 17 min ton, 2020/2021-ci illər mövsümündə 34,5 min ton, 2021-2022-ci illər mövsümündə 192,2 min ton, 2022-2023-cü illər mövsümündə 273,5 min ton, 2023-2024-cü illər mövsümündə isə 2,5 min ton.

– Hazırda Azərbaycan bazarında ən çox tələbat olan taxıl növləri və taxıl emalı məhsulları hansılardır?

– Azərbaycanın Qazaxıstandan idxal etdiyi əsas bitki buğdadır. Keçən marketinq ilində Rusiyanın cənubunda məhsul qıtlığı ilə bağlı olaraq, arpa ixracı üzrə rekord göstərici qeydə alınıb – 34,6 min ton. Bundan əlavə, Azərbaycan Qazaxıstandan az həcmdə mərcimək də alır. Keçən marketinq ilində bu göstərici 3,7 min ton təşkil edib.

– Cari kənd təsərrüfatı mövsümündə Azərbaycana taxıl ixracının azalması hansı amillərlə bağlıdır?

– Cari marketinq ilinin sentyabr–dekabr aylarında Qazaxıstandan Azərbaycana buğda ixracının həcmi 126,9 min ton olub. Bu göstərici keçən marketinq ilinin eyni dövrü ilə müqayisədə 25 faiz azdır. Əsas səbəb Rusiyanın cənubunda buğdanın məhsuldarlığının yüksək olması və Rusiya taxılının rəqabətqabiliyyətli qiymətləri olub.

– Qiymət, keyfiyyət və logistika baxımından Qazaxıstan taxılı Azərbaycan bazarında digər tədarükçülərlə müqayisədə nə dərəcədə rəqabətqabiliyyətlidir?

– Hazırda Rusiyada və Qazaxıstanda buğdanın daxili qiymətləri eyni səviyyədədir. Logistika xərclərinin yüksək olmasını nəzərə alsaq, bu marketinq ilində Qazaxıstan taxılı Azərbaycan bazarında Rusiya buğdası ilə yalnız uzaq bazarlara buğda ixracı üçün nəqliyyat subsidiyalarının uzadılması hesabına rəqabət apara bilər.

– Orta müddətli perspektivdə Azərbaycana taxıl tədarükünün artmasına hansı iqtisadi, logistik və ya tənzimləyici şərtlər kömək edə bilər?

– Qazaxıstan buğdasının Azərbaycana davamlı ixracının təmin edilməsi üçün ən münasib variant nəqliyyat xərclərinin subsidiyalaşdırılmasıdır.

– Uzunmüddətli müqavilələr, məhsul çeşidinin şaxələndirilməsi və Xəzər marşrutlarının inkişafı hesabına Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilirmi?

– Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə, yəni Xəzər dənizi vasitəsilə taxıl ixracı böyük logistik xərclərlə müşayiət olunur və bəzən Rusiya ərazisi ilə tranzit daşımadan daha baha başa gəlir. Bu marşrut əsasən neft və neft məhsullarının, konteyner yüklərinin və digər yüklərin daşınması üçün istifadə edilir. Taxıl yükləri isə digər yüklərlə müqayisədə dəyərinin aşağı olması səbəbindən bu marşrut üzrə daşındıqda nəqliyyat subsidiyaları olmadan rəqabətqabiliyyətli olmur. Bundan başqa, bu marşrut təkcə Qazaxıstan yükləri ilə deyil, həm də Çinin Avropaya konteyner tranziti ilə xeyli dərəcədə yüklənib.

Qeyd etmək lazımdır ki, Qazaxıstan buğdası dünya bazarına Gürcüstanın Poti limanı vasitəsilə çıxarıldıqda Azərbaycan ərazisindən tranzitlə daşınır. Bu baxımdan, Azərbaycanın taxıl yükləri üzrə tranzit potensialının gələcəkdə daha da inkişaf edəcəyini demək olar.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see298

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see296

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see281

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see251

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see242

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see233

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see228

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see199

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see197

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see193

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see174

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see162

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see157

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see155

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see155

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see150

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see148

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri