“Qadın boksçularımızın real səviyyəsi artıq yazda məlum olacaq” İlkin Ağayevin ə AÇIQLAMASI
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Güləş üzrə ölkə birinciliyindən fərqli olaraq, Azərbaycan boks çempionatı yalnız kişilər üçün deyil, qadınlar üçün də mübarizə meydanına çevrildi.
Yarışın nəticələri və gənc idmançıların perspektivləri barədə Azərbaycanın qadınlardan ibarət milli komandasının baş məşqçisi İlkin Ağayev İdman.Biz-ə müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, turnir bu idman növündə ciddi nəsil dəyişikliyini təsdiqləyib.
“Qızlar dörd çəki dərəcəsində medallar uğrunda mübarizə apardılar. Etiraf edim ki, bütün çempionlarımızdan razı qaldım, lakin xüsusilə Lala Mədətovanı (48 kq) və Cəmilə Sultanlını (51 kq) fərqləndirmək istərdim. Diqqətçəkən məqam odur ki, yeni çempionlarımızdan üçü 2006-cı il, biri isə 2007-ci il təvəllüdlüdür. Bu fakt açıq şəkildə göstərir ki, Azərbaycan qadın boksunun gələcəyi var. Məqsədimiz yeni nəsli dünya arenasında rəqabətədavamlı etməkdir. İdmançılarımızın real səviyyəsini isə çox yaxın zamanda görəcəyik. Aprel ayında Bakı ənənəvi beynəlxalq “İpək yolu kuboku” turnirinə ev sahibliyi edəcək və məhz orada boksçularımızın əsl potensialı üzə çıxacaq”, - deyə İlkin Ağayev vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 31 Yanvar 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















