ASAN xidmət”də Milli Musiqi Günü xüsusi qeyd olunub
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
18 Sentyabr – Milli Musiqi Günü münasibətilə 7 saylı Bakı “ASAN xidmət” mərkəzində “Candlelight Baku” ilə tərəfdaşlıq çərçivəsində xüsusi musiqi proqramı təqdim olunub. Mərkəzin birinci mərtəbəsində şam işığında konsert formatından istifadə olunaraq musiqi və sənətin vəhdətindən ibarət özünəməxsus atmosfer yaradılıb.
Newscenter.az xəbər verir ki proqramda Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri, eləcə də klassik musiqi nümunələri simli kvartetin ifasında səsləndirilib.
Musiqi proqramı mərkəzə müraciət edən vətəndaşlarla yanaşı, əməkdaşlar tərəfindən də maraqla qarşılanıb.
Təşəbbüsün əsas məqsədi Milli Musiqi Gününün əhəmiyyətini vurğulamaq, Azərbaycan musiqi irsinin təbliğinə, milli musiqi ənənələrinin qorunması və yaşadılmasına töhfə verməklə yanaşı, xidmət məkanında vətəndaşlar üçün xoş və estetik mühitin yaradılması olub.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:“ASAN xidmət”də Zəfər Günü qeyd olunub
06 Noyabr 2024 10:54
ASAN xidmət də Beynəlxalq Könüllülər Günü qeyd olunub FOTOLAR
04 Dekabr 2025 10:06
İçərişəhər də Milli Musiqi Günü silsilə tədbirlərlə qeyd olunub FOTOLAR
22 Sentyabr 2025 15:42
Milli Musiqi Günü Tbilisidə təntənəli şəkildə qeyd olunub
18 Sentyabr 2025 18:18
Respublika Uşaq Kitabxanasında Milli Musiqi Günü qeyd olunub
19 Sentyabr 2025 12:29
Baxış sayı:116
Bu xəbər 18 Sentyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















