Icma.az
close
up
RU
“ASAN xidmət”də tətbiq olunan innovativ yeniliklər barbadoslu nazirdə yüksək təəssürat yaradıb AZƏRTAC

“ASAN xidmət”də tətbiq olunan innovativ yeniliklər barbadoslu nazirdə yüksək təəssürat yaradıb AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Barbadosun dövlət xidmətlərinə məsul naziri Şantal Munro-Nayt "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

AZƏRTAC- xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa qurumun müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Həmçinin Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görüldüyü, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Şantal Munro-Nayt BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində “ASAN xidmət” tərəfindən Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunun uğurla həyata keçirildiyini diqqətə çatdırıb. O, “ASAN xidmət”in və burada tətbiq olunan innovativ yeniliklərin onda yüksək təəssürat yaratdığını bildirib. Həmçinin bu təcrübənin Barbadosda tətbiqi ilə bağlı əməkdaşlıq edəcəyini vurğulayıb.

Nazir Şantal Munro-Nayt “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, səyyar “ASAN xidmət”in və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanış olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see188

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see132

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see122

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see119

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see117

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see117

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see116

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see115

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see114

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see114

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see114

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see114

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see113

Çaylarda su səviyyəsi bu qədər qalxdı

08 İyun 2025 11:06see112

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Atambayev bu ölkədə mühakimə olunmaq istəyir

08 İyun 2025 10:06see111

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see111

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri