“ASAN xidmət”in publik data portalında 7 fəaliyyət istiqaməti üzrə açıq məlumatlar təqdim edilir FOTO
Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“ASAN xidmət”in publik data portalının yaradılmasının məqsədi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin agentliyin fəaliyyətinə dair ictimai hesabatlılığın təmin edilməsidir. Həmçinin vətəndaşların iştirakçılığının təşviq edilməsi, akademik və biznes iştirakçılar üçün tədqiqat resursunun yaradılması, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılmasıdır.
Doğru.az xəbər verir ki, bunu “ASAN xidmət”in publik data portalını təqdim edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Murad Fətullayev deyib. Onun sözlərinə görə, portalda 7 fəaliyyət istiqaməti üzrə açıq məlumatlar təqdim edilir. Cəmiyyətdən toplanan məlumatlar əsasında istiqamətlər genişləndiriləcək.
“Portalın əsas xüsusiyyətləri məlumatların daim yenilənməsi, fərdi və konfidensial məlumatların qorunması, metadatanın təmin edilməsi, istifadəçi rahatlığının yüksək olması, datanın maşın tərəfindən oxuna bilən olması, yüksəkkeyfiyyətli datadan istifadədir”, – deyə M.Fətullayev qeyd edib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 04 Aprel 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















