Icma.az
close
up
RU
“ASAN”, yoxsa “SİMA”? Üstünlük hansındadır? KONKRET

“ASAN”, yoxsa “SİMA”? Üstünlük hansındadır? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“Uzun illər vergi və digər dövlət xidmətlərində əməliyyat aparmaq üçün əsas “ASAN İmza” fəaliyyət göstərirdi. Amma bir neçə ildir ki, bu tendensiya dəyişir. Artıq biometrik imza olan “SİMA İmza” da prosesdə həcmini artırmağa başlayır. Bu, çox yavaş gedən porses idi, amma artıq bir çox məsələdə “SİMA” elektronik imza ilə əməliyyatlar aparmaq mümkündür. Lakin yenə də tam deyil, üstünlük “ASAN İmza”dadır. Biometrik imza “ASAN İmza” qədər tam yayğın deyil, “ASAN İmza” daha yetkindir. “SİMA” isə inteqrasiya olunmasına rəğmən tam yetkinlik əldə etməyib. Maliyyəçi və mühasiblərin vergidə apardıqları xidmətdə “ASAN imza” ilə hər hansı əməliyyat imzalandığında status gəlir, yəni imzanın tamamlanıb-tamamlanmadığını, prosesin necə baş verdiyini öyrənmək olur. Lakin biometrik imza olan “SİMA” ilə hər hansı sənəd imzalandığında ekranda heç bir dəyişiklik olmur, status dəyişmir. Gərək, manuel olaraq mühasib, əməliyyatçı özü ana səhifəyə qayıtsın, yenidən baxsın, “SİMA” tətbiqindən, yaxud saytdakı kabinetinə girsin, orada sənədin imzalanıb-imzalanmadığına, ya da imzalanıbsa, sənədi alıb, yükləyə, qarşı tərəfə göndərə bilərmi, buna baxsın. Yəni bu formada fəaliyyət aparılır.  Bu, əməliyyatçılar, mühasiblər üçün əlavə iş yükü yaradır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov deyib.

E.Abbasov bildirib ki, vergi sistemində təkmilləşməyə ehtiyac var: ““ASAN İmza” ilə olan metodologiyanı və iş axımının eynisini digər imzalara da tətbiq etməlidirlər. Xüsusilə, “SİMA”ya. Əks halda, dediyimiz kimi, əlavə iş yükü yaranmış olur. Digər istiqamətlərdə bu problem o qədər də yoxdur. Burada öhdəlik daha çox vergi sisteminin üzərindədir. Proqram təminatında yenilənmə aparılmalı, metodologiya hər ikisində də eyniləşdirilməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Aprel 2026 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see397

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see389

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see300

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see292

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see287

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see281

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see266

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see263

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see262

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see259

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see255

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see248

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see246

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see234

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see234

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see229

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see219

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see213

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see208

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri