Icma.az
close
up
RU
Asayişin və təhlükəsizliyin təminində önəmli xidmət

Asayişin və təhlükəsizliyin təminində önəmli xidmət

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2 iyul Polis işçilərinin peşə bayramı Günüdür. Ümummilli Lider Heydər Əliyevin imzaladığı məlum Fərmanla hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur. Daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərlərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq, ona bəslənən inam və etimadı doğruldur.

Xatırladaq ki, Azərbaycan Respublikası Daxili Qoşunlarının əsası hələ 1919-cu ildə Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən qoyulmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra daxili qoşun hissələri bir qayda olaraq SSRİ DİN-in tərkibinə verilmişdir. Sovet imperiyasının süqutundan sonra, 1991-ci ilin dekabr ayında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və ümumi sayı 2500 nəfər olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeçiliyinə verilmişdir.

Belə ki, 18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyətə başlamışdır. Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olunaraq, onun funksiya və vəzifələri dəqiqləşdirilmişdir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə ölkəmizdə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunmağa başladı. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edildi.

Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdiyi illər ərzində istər daxili münaqişələr, istərsə də mənfur erməni daşnakları ilə müharibədə Azərbaycan polisi xüsusi şücaət göstərmiş, Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Ermənistan-Azərbaycan münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 460 nəfər polis əməkdaşı, 511 nəfər Daxili Qoşunların hərbi qulluqçuları şəhid olmuş, 67 nəfər daxili işlər orqanlarının əməkdaşlarına "Milli Qəhrəman" fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.

"CİNAYƏTKARLIĞA QARŞI MÜBARİZƏDƏ POLİS İŞÇİLƏRİ ÖN CƏBHƏDƏDİR"

Hər kəsə bəllidir ki, Azərbaycan polisinin fəaliyyəti dövlət və xalq üçün əhəmiyyət kəsb edir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona layiqli qiymət vermişdir. Azərbaycan polisinə olan diqqət və qayğı Ulu Öndərin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də polis əməkdaşları fədakarlıq göstərib, işğal altındakı torpaqlarımızın azad edilməsində yaxından iştirak ediblər. Bu gün də Vətən müharibəsi iştirakçısı olan polis işçiləri öz xidmətini layiqincə yerinə yetirməklə, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşiblər. Hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunması polis işçilərinə göstərilən qayğının təzahürü olmaqla onların Azərbaycan qanunlarına, xalqa, Vətənə, Ümummilli lider Heydər Əliyev ideyalarına və ölkə Prezidenti İlham Əliyevə olan sadiqliklərinin göstəricisidir.

Polisin fəaliyyətini yüksək qiymətləndirən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, "Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bu gün Azərbaycanın uğurlu inkişafında, ölkəmizdə sabitliyin tam şəkildə bərqərar olunmasında, asayişin yüksək səviyyədə qorunması işində polis orqanlarının böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm".

Dövlət başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün tədbirlər həyata keçirilib. Hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldub.

Azərbaycan polisi cəmiyyətimizin bütün sahələri üçün vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyandır. Vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qoruyandır. Bu gün Azərbaycan polisi insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Ölkədə sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrilib. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində mühüm rola malikdir.

İstənilən vəziyyətdə respublikamızda asayişin, daxili təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqa zidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməyir.

Nəzakət ƏLƏDDİNQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 İyul 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri