ASCO nun sədr müavinləri vəzifələrindən çıxarıldı
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) sədr müavinləri vəzifəsindən azad olunub.
Bizim.Media “Demokrat.az”a istinadən xəbər verir ki, müvafiq əmrlə Nəzrəddin Murad oğlu Əhmədzadə və Mirzəyev Tariyel Taleh oğlu vəzifələrindən azad ediliblər.
Qeyd edək ki, N.Əhmədzadə 1982-ci ildə Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub.
O, 2014-cü ildə Prezidentin sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini təyin edilib.
Tariyel Mirzəyev 1986-cı ildə anadan olub. O, ASCO-nun 2022-ci ilin sentyabr ayında strateji inkişaf və investisiya layihələri departamentinin rəisi vəzifəsindən azad olunaraq sədr müavini vəzifəsinə təyin edilmişdi.
Xatırladaq ki, bu ilin yanvar ayında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Rauf Vəliyev vəzifəsindən azad olunaraq, yerinə Əfqan Süleyman oğlu Cəlilov təyin olunub.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 18 Mart 2026 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















