Asensio və Real ın gənclər komandasında oynamış 3 sabiq futbolçu barəsində cinayət işi açıldı intim videonu yaymaqda ittiham olunurlar
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2023-cü ilin sonlarında məlum olmuşdu ki, "Real"ın futbolçusu Raul Asensio və "Real Madrid C" klubunun daha üç oyunçusu yetkinlik yaşına çatmayan qızla bağlı intim xarakterli video materialın yayılmasında şübhəli bilinərək saxlanılıb. Onları 5 ilədək həbs cəzası gözləyə bilər. Dörd futbolçuya həmin videonun çəkilməsi və yayılması ilə bağlı rəsmi ittiham irəli sürülüb.
Sportal.az xəbər verir ki, Kanar adalarının Ali Ədliyyə Məhkəməsinin mətbuat xidməti istintaqın başa çatdığını və dörd şübhəli şəxsə qarşı rəsmi cinayət işinin açıldığını bildirən hakim qərarını dərc edib.
Hakim aşağıdakı cinayət əlamətlərini qeyd edib: şəxsi həyat toxunulmazlığının pozulması, videomaterialların xəbərdarlıq və zərərçəkənin razılığı olmadan üçüncü şəxslərə ötürülməsi və yayılması, azyaşlıların pornoqrafik materialların hazırlanmasına cəlb olunması və uşaq pornoqrafiyasının saxlanılması.
saytlarin hazirlanmasi
Baxış sayı:98
Bu xəbər 15 May 2025 05:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















