Ermənistan və İran strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda İran xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, görüşdə Ermənistan və İran arasında ikitərəfli münasibətlərin inkişaf məsələləri müzakirə edilib. Tərəflər münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması istiqamətində aparılan işlər haqqında da fikir mübadiləsi aparıblar.
"Biz, şübhəsiz ki, qonşumuz və dostumuz İranla münasibətlərə böyük əhəmiyyət veririk. Əslində, bu, bizim üçün strateji əhəmiyyətli münasibətlərdir. Və təsadüfi deyil ki, İran Prezidenti Məsud Pezeşkian və Ermənistanın Baş naziri Nikol Paşinyan bu il münasibətlərimizi rəsmi olaraq strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılaşıblar", - Mirzoyan bildirib.
Tərəflər həmçinin regional infrastrukturun açılması məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Mirzoyan və Ravançi bu istiqamətdə hazırlanan proqramları və bu kontekstdə açılan imkanları da nəzərdən keçiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 08 Yanvar 2026 21:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















