Özbaşına müalicə trend i Həkim məsləhəti olmadan dərman qəbul edənlərin sayı niyə artır?
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Son dövrlərdə əhali arasında evdə özbaşına dərman qəbul etmə halları xeyli artıb.
Həkimlərin xəbərdarlıqlarına baxmayaraq, insanlar bəzən dərmanları düzgün dozada qəbul etmirlər, bir neçə müxtəlif dərmanı eyni vaxtda qarışdırırlar və ya istifadə müddətini düzgün nəzərə almırlar. Nəticədə allergik reaksiyalar, qaraciyər və böyrək problemləri, bir sözlə həyat üçün təhlükəli vəziyyətlər yarana bilər.
Evdə özbaşına dərman qəbulunun artmasının əsas səbəblərindən biri də insanların internetdə əldə etdikləri tibbi məlumatlara güvənməsidir. Halbuki internetdə yayılan yanlış tövsiyələr də ciddi fəsadlara səbəb ola bilər. İstənilən halda xəstəliklərin düzgün diaqnozu və müalicəsi həkim nəzarəti altında aparılmalıdır.
Məlumat üçün bildirək ki, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə bir neçə ay ərzində şikayətlə daxil olan 99 nəfərdən 37-i elə dərmandan zəhərlənib. Bir başqa fakta əsasən, 2025-ci ilin martında Abşeron rayonunda 42 yaşlı bir qadın özbaşına antibiotik iynəsi vurduqdan sonra vəfat edib.
Bu halların baş verməsində apteklərin də ciddi rolu var. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin monitorinqlərinə görə, cari ilin ilk 10 ayı ərzində 50 aptekdə dərmanların həkim resepti olmadan satılması halı aşkarlanıb.
Bəs bu tendensiyanın kökündə nə durur? İnsanları öz həyatlarını təhlükəyə atmağa sövq edən əsas faktor nədir?
Həkim-terapevt Rasif Bağırov Bizim.Media-ya açıqlamasında bu cür özbaşına müalicələrin səbəblərini açıqlayıb:
“Azərbaycanda xəstələrin əksəriyyəti həkim məsləhəti olmadan apteklərdən dərman alıb istifadə edir. Səbəb odur ki, insanların iqtisadi vəziyyəti yaxşı olmadığı üçün məcbur qalıb həkimlə görüşmədən aptekdən dərman alıb istifadə edərək xəstəlikdən qurtulmaq istəyir.
Çünki xəstəlik barədə təsəvvürü yoxdur və buna görə aptekə müraciət edir. Aptek isə dərmanı satmaq üçün bir neçə dərman verir və nəticədə, həkimdən xəbərsiz müalicə aparmağa başlayırlar”.
Rasif Bağırov bu cür özbaşına müalicələrin çox təhlükəli olduğunu bildirir. O bildirir ki, həkim dərman yazarkən hər zaman analizlərlə yoxlanış keçirir. Lazımi dərmanı müəyyən etdikdən sonra, xəstənin şikayətləri, analizlərin cavabı əsasında müalicəni formalaşdırır və dərman yazır. Əks halda özbaşına müalicə xəstədə geridönülməz problemlərə səbəb ola bilər.
Həkim-terapevtin sözlərinə görə, vətəndaşların apteklərdən ən çox reseptsiz aldığı dərmanlar arasında ağrıkəsicilər və soyuqdəymə əleyhinə antibiotiklər var:
“Aptekdən, əsasən, ağrıkəsici, soyuqdəymə əleyhinə antibiotik alıb qəbul edirlər.
Lakin bunların onlarda hansı fəsadlar yaradacağını bilmirlər. Apteklərdə reseptsiz dərman satışının qarşısını almaq dövlətin qəbul etdiyi qanundan asılı olacaq.
Hazırda, xüsusən də, tibbi sığorta ilə həkimlərə çoxsaylı müraciətlər olur. Dövlət reseptsiz dərmanların satılmamasına qərar verərsə, təbii ki, o zaman apteklər ehtiyat edəcək və xəstələrə reseptsiz dərman verə bilməyəcəklər.
Bu halda xəstələr məcbur qalıb həkimlərə müraciət edəcək və axınların sayı daha da çoxalacaq. Ona görə də, xəstələrin axını və növbələrin aradan götürülməsi üçün tədbirlər görülməlidir”.
Fatimə Əliyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 08 Yanvar 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















