ÖTƏN GÜN AŞİHARA KARATE ÜSLUBU ÜZRƏ XIX ÖLKƏ BİRİNCİLİYİ VƏ ÇEMPİONATI TƏŞKİL OLUNUB
Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən gün Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Aşıhara Karate Üslubu üzrə XIX ölkə birinciliyi və çempionatına start verilib.
Yarış Balaxanı İdman Kompleksində baş tutub. Çempionatın rəsmi açılış mərasimi idmançıların arenaya təntənəli daxil olmaları ilə başlayıb.
Açılış mərasimində Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi, AKF-in İdarə Heyətinin üzvü Marif Bağırov, Federasiyanın baş katibi Qabil Sayadov, AKF prezidentinin köməkçisi Vüsal Abdullazadə, Aşihara Karate Üslubunun sədri Şahin Bağırov, eləcə də məşqçilər və hakimlər heyəti iştirak ediblər.
Yarışda çıxış edən idman xadimləri vurğulayıblar ki, Azərbaycan Karate Federasiyası ölkəmizdə karate idman növünün sistemli inkişafı, idmançılarımızın beynəlxalq arenada layiqli təmsilçiliyi işində dayanmadan irəliyə addımlayır. Vurğulanıb ki, belə yarışlar sağlam rəqabətin formalaşmasına, həm də milli karate məktəbinin inkişafına olduqca mühüm töhfələr verməkdədir.
Yarışın əsas məqsədi karatenin respublika üzrə kütləviliyinin artırılması, perspektivli idmançıların üzə çıxarılması, eləcə də Azərbaycan Karate Federasiyasının 2026-cı il mövsümü üçün milli komandanın formalaşdırılması olub.
Çempionatda paytaxt Bakı ilə yanaşı Abşeron, Göygöl və ölkənin müxtəlif bölgələrini təmsil edən, ümumilikdə 300-ə yaxın karateçi müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə mübarizə aparıb.
Yarışın yekununda müxtəlif yaş və çəki kateqoriyalarında fərqlənən idmançılar Gənclər və İdman Nazirliyi, eləcə də AKF tərəfindən təsis edilmiş medal və diplomlarla təltif olunublar.
Azərbaycan Karate Federasiyası karate hərəkatının inkişafı, idmançılarımızın qələbə əzminin möhkəmləndirilməsi və gələcək beynəlxalq uğurların təmin edilməsi yönündə fəaliyyətini davam etdirir...
Murad Şahməmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 23 Dekabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















