Icma.az
close
up
RU
“Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı kitab hazırlanır

“Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı kitab hazırlanır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyində yeni layihə üzərində iş uğurla davam etdirilir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı kitab hazırlanması nəzərdə tutulur. Bu barədə məlumat verən “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək olmaq, bu məqsədlə əsasən Qərbi Azərbaycanda və eləcə də digər bölgələrdə yaşayıb-yaratmış aşıqların poetik yaradıcılığından seçmələrdən – Qərbi Azərbaycandakı yer-yurd adlarını, bu qədim torpaqlarımızda yaşamış soydaşlarımıza qarşı zaman-zaman ermənilərin törətdikləri vəhşilikləri əks etdirən şeirlərdən ibarət kitab hazırlamaqla bu  tarixi yurdlarımızın aşıqların sazında-sözündə yaşadığını diqqət önünə gətirməkdir.          

M.Nəbioğlu onu da qeyd edib ki,  layihənin icra planına uyğun olaraq müvafiq işlər görülməkdədir. Artıq şeirləri kitaba daxil ediləcək müəlliflər müəyyənləşdirilib, mövzuya uyğun şeirlər seçilib. Bu müəlliflər arasında XVII əsrdə yaşamış Dərdli Nəsib, Ululu Kərim (XVIII-XIX əsrlər), Ağ Aşıq (1754-1860), Aşıq Alı (1801-1911), Aşıq Ələsgər (1821-1926) kimi böyük sənətkarlarla yanaşı, günümüzdə yaşayıb-yaradan ustad aşıqlar da var. Bu zaman əslən Qərbi Azərbaycandan olan ustad aşıqalrla yanaşı, digər aşıq mühitlərini təmsil edən sənətkarların layihənin tələbinə uyğun gələn şeirlərinə də yer ayrılıb. Bu şeirlərdə əsasən ermənilərin Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı zaman-zaman törətdikləri vəhşiliklər, yaşatdıqları ağrı-acılar, dədə-baba yurdlarından didərginlik həyatı, müxtəlif dövrlərdə həyata keçirilmiş deportasiya və s. öz əksini tapıb. 

Kitaba daxil edilən şeirlərdə eyni zamanda bir ümid – gələcəyə ümid, bir gün o torpaqlara qayıdacağımıza inam, sazın-sözün beşiyi olan Qərbi Azərbaycanımıza qayıdışa çağırış var. Qərbi Azərbaycana qayıdış konsepsiyasının mahiyyətində də elə bu qənaət durur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyul 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri