Icma.az
close
up
RU
Asiya Bankı logistika infrastrukturunu modernləşdirəcək

Asiya Bankı logistika infrastrukturunu modernləşdirəcək

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan da daxil olmaqla layihə tərəfdaşlarına 50 milyon dollar ayrılacaq

Asiya İnkişaf Bankı (AIB) Azərbaycanın tranzit və sərhəd infrastrukturunun inkişafı üzrə əsas iştirakçılarından və liderlərindən biri olduğu “İnteqrasiya, logistika və inkişaf üçün sərhəd məntəqələrinin modernləşdirilməsi” adlı regional layihəni maliyyələşdirməyi nəzərdən keçirir. Layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir. Azərbaycanın gömrük prosedurlarının rəqəmsallaşdırılması, sərhəd məntəqələrinin modernləşdirilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı sahəsindəki təcrübəsi layihədə iştirak edən digər ölkələr üçün model kimi nəzərdən keçirilir. Layihənin ümumi dəyəri 50 milyon dollar nəzərdə tutulub.

Cənubi Qafqaz - Mərkəzi Asiya platforması

Qeyd edək ki, Asiya İnkişaf Bankı bir müddət əvvəl regionun nəqliyyat-infrastruktur dayanıqlılığını möhkəmləndirmək məqsədilə Azərbaycanda icra olunacaq iki texniki yardım layihəsini də təsdiqləyib. Ümumi məbləği 2 milyon dollar təşkil edən regional layihələrin AİB-in donorluq etdiyi Xüsusi Texniki Yardım Fondu vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulur. Maliyyə tutumu 1,5 milyon dollar olan birinci regional layihə  “Birlikdə ACT: Mərkəzi və Qərbi Asiyada sürətlənirik, inkişaf və əməkdaşlıq edirik” adlanır və Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir. Bu, Cənubi Qafqaz-Mərkəzi Asiya coğrafiyasında birgə kommunikativ əməkdaşlığı dəstəkləmək məqsədi daşıyır. Layihə dəyəri 500 min dollar olan “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin təşviqi: 4-cü alt layihə” isə 13 ölkəni əhatə edir. Həmin ölkələrin saırasına ilk layihədəki dövlətlərdən başqa, Sakit okean bölgəsinin üzvləri də daxildir.

Ümumilikdə, bu logistika layihələri yeni əməkdaşlıq platformasını yaratmaq üçün texniki dəstəyi nəzərdə tutur. Əməkdaşlıq prioritetləri isə həddindən artıq geniş olduğundan icra olunacaq layihələrin maliyyə-investisiya dəyəri 100 milyon dollarla vəsait tələb edəcək. Belə ki, Cənubi Qafqaz, Asiya və Sakit okean regionunda 2030-cu ilə qədər 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq üçün böyük hədəf prinsipləri nəzərdə tutulub ki, burada sosial xidmətlər və dayanıqlı məşğulluq, müasir infrastrukturlar, keyfiyyətli səhiyyə, təhsil xidmətlərinin təşkili, iqtisadi inkişaf təşviqləri, iqlim dəyişikliyinə qarşı mübarizə, istehlak və istehsalın təşviqi, “yaşıl inkişaf” hədəfləri, nəqliyyat və logistika sistemlərinin modernləşdirilməsi, institisional tədbirlər və s. mühüm prinsiplər yer alır.

AİB “Maneəsiz Rəqəmsal Dəhliz”i maliyyələşdirir

Asiya Bankı son dövrlərdə Orta Dəhlizin maliyyə donoru kimi də aktiv fəaliyyət göstərir. Bank həmin nəqliyyat ekosisteminin altmodeli olan vahid multimodal xidmət - Rəqəmsal Ticarət Koridorunun (Digital Trade Corridor) yaradılmasını maliyyələşdirib ki, bu da “Avrasiya Nəqliyyat Marşrutu”nun rəqəmsallaşmasında və “Maneəsiz Rəqəmsal Dəhliz” sisteminin qurulmasında mühüm rol oynamaqdadır. Asiya Bankının kapital portfelinin böyük bir hissəsinin Çinin maliyyə donorluğu əsasında formalaşmasını nəzərə alsaq  “Bir kəmər, bir yol”un müəllifi kimi rəsmi Pekinin Orta Dəhlizdəki rəqəmsal infrastrukturların müasirləşməsinə böyük marağını başa düşmək mümkündür. Bu baxımdan AİB-in dəhlzi üzərində yerləşən ölkələrə, o cümlədən Azərbaycana dəmir yollarının rəqəmsallaşmasına dəstəyi də prioritet təşkil edir.

Bundan başqa, AİB Azərbaycanın regional enerji layihələrinin maliyyələşdirilməsində də donor kimi fəal rol oynayıb, Cənub Qaz Dəhlizi layihəsinə dəstək verən ilk beynəlxalq maliyyə qurumu olub. Avropa İttifaqının enerji təminatında xüsusi rol oynayan bu layihələri də maliyyələşdirməyi öz öhdəsinə götürərək “Şahdəniz” yatağının maliyyələşdirilməsinə 524,5 milyon dollar məbləğində tam şəkildə zəmanət verib.

Ümumilikdə, Asiya Bankı təkcə nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard, enerji layihələrinə isə 1,7 milyard dollar həcmində maliyyə dəstəyi göstərib.

2029-cu ilədək 2,5 milyard dollar

Dünyanın ən güclü maliyyə institutlarından biri olan, Asiya və Sakit okean regionunda inkişaf proqramlarının maliyyələşdirilməsində əsas donor kimi tanınan Asiya İnkişaf Bankı Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir. Kapital portfelinin böyük bir hissəsi Çinin maliyyəsi ilə formalaşan bu institut ölkəmizdə infrastruktur, nəqliyyat, su təchizatı və enerji, maliyyə, təhsil və səhiyyə sektorlarında müxtəlif layihələrin maliyyələşdirilməsində ən etibarlı və dayanıqlı maliyyə təchizatçısı kimi tanınır. Bank növbəti mərhələdə ölkəmizdə digər layihələrdə də dayanıqlı maliyyə dəstəkçisi olacağını bəyan edib. Azərbaycanda səfərdə olan AİB-in prezidenti Masato Kanda hökumət üzvləri ilə keçirdiyi görüşlərin yekununda bildirib ki, bank 2029-cu ilə qədər Azərbaycana 2,5 milyard dollaradək investisiya ayıracaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 14-də Asiya İnkişaf Bankının prezidenti Masato Kanda ilə görüşündə səmərəli əməkdaşlığa toxunulub, birgə layihələrin uğurlu icrası qeyd edilib. AİB rəhbəri Azərbaycanda dövlət sektoru ilə yanaşı, özəl sektorda yeni layihələrin maliyyələşdirilməsində öz dəstəyini davam etdirəcəyini vurğulayıb. Xüsusilə də, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlərin regionda yeni imkanlar yaradacağına əminliyini ifadə edən AİB prezidenti nəqliyyat-tranzit layihələrinə böyükhəcmli kapital yatırmaq imkanlarının perspektivlərinə də müsbət yanaşıb.

E. CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Yanvar 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri