Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Asiya çöllərində daşlaşmış tarix

Asiya çöllərində daşlaşmış tarix

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İşğal və vandallıqlar ilkin yaddaşı məhv edə bilmədi

Tarix yalnız keçmişdə baş vermiş hadisələrin ardıcıllığı deyil. Tarix xalqın kimliyidir, yaddaşıdır, özünü tanıma vasitəsidir. Bir xalqın tarixini əlindən almağa çalışan qüvvə əslində onun gələcəyinə müdaxilə edir. XX əsrdə türk xalqlarının böyük bir hissəsi məhz belə bir siyasətin ağır nəticələri ilə üzləşdi. Sovet hakimiyyəti “internasionalizm”, “xalqlar dostluğu” və “sosialist qardaşlığı” kimi şüarları ön plana çıxarsa da, xüsusilə Stalin dövründə milli yaddaşa, milli ziyalılara, dilə, dövlətçilik ənənəsinə və türk xalqlarının öz tarixi köklərini araşdırmaq hüququna qarşı sərt nəzarət mexanizmləri quruldu.

Sovetlərin saxta nəfəsliyi və irticası

Bu siyasətin ən ağır tərəfi ondan ibarət idi ki, türk xalqlarının öz keçmişini öyrənməsi bir çox hallarda siyasi təhlükə kimi təqdim olunurdu. Türkün qədim dövlətləri, xaqanlıqları, sərkərdələri, alim və şairləri, dövlət xadimləri haqqında obyektiv araşdırma aparan ziyalı “burjua millətçisi”, “pantürkist”, “antisovet ünsür” kimi siyasi damğalarla təqib edilirdi.

1920-ci illərdə sovet siyasəti Mərkəzi Asiyanın idarəçiliyində yerli dillərin və əhalinin rolunun artırılmasını nəzərdə tuturdu. Lakin sonrakı mərhələdə milli siyasətin istiqaməti kəskin şəkildə dəyişdi və mərkəzləşdirilmiş nəzarət, siyasi repressiyalar və rus dilinin üstün mövqeyi gücləndi. Türk xalqlarının milli kimliyinə müdaxilə yalnız siyasi repressiya ilə məhdudlaşmırdı. Dil, əlifba, təhsil, inzibati idarəçilik, tarixşünaslıq və hətta adlandırma sistemi də bu prosesin mühüm elementlərinə çevrildi. Bakıda keçirilən və indi 100 illiyi Dövlət səviyyəsində qeyd olunan Türkoloji Qurultayın nümayəndələrinin acı aqibəti bunun bariz sübutu oldu.

Qədim türklərin dövlətçilik ənənəsi

E.ə. III əsrdə Mete xan kimi tanınan Modu Şanyu böyük Hun siyasi birliyinin hökmdarlarından birinə çevrildi. O, müxtəlif tayfa və boyları vahid siyasi güc ətrafında birləşdirərək Orta Asiya çöllərində böyük dövlət quruluşunun əsasını möhkəmləndirdi. VI əsrdə Bumın xaqanın adı Göytürk dövlətinin yaranması ilə tarixə düşdü. 552-ci ildə Göytürk xaqanlığının siyasi səhnəyə çıxması türk adının böyük bir imperiya miqyasında siyasi-etnik identifikator kimi tarixə daxil olmasının mühüm mərhələlərindən biri idi.

İstəmi xaqan qərbdə geniş ərazilərə nəzarət edən Göytürk siyasi sisteminin ən qüdrətli hökmdarlarından biri oldu. Onun fəaliyyəti Türk xaqanlığının Mərkəzi Asiyadan Qafqaza və Şimali Qara dəniz istiqamətinə qədər uzanan beynəlxalq münasibətlər sistemində mühüm gücə çevrilməsində böyük rol oynadı.

Bilgə xaqan VIII əsrdə türk dövlətçilik düşüncəsinin ən parlaq simalarından biri kimi tarixə düşdü. Kül Tigin böyük sərkərdə kimi tanındı. Tonyukuk isə yalnız dövlət xadimi və sərkərdə deyil, siyasi düşüncəsi Orxon yazılı abidələrində əks olunan böyük türk müdriklərindən biri idi. 732-ci ildə Kül Tigin, 735-ci ildə Bilgə xaqan şərəfinə ucaldılmış Orxon kitabələri türk dilinin, türk siyasi düşüncəsinin və dövlətçilik yaddaşının bizə qədər gəlib çatan ən möhtəşəm nümunələrindəndir.

Bu daşlar susmur. Onlar türk tarixinin canlı şahidləridir. Qədim türk dövlətçilik ənənəsi Göytürklərlə başa çatmadı. Uyğur xaqanlığı, Qaraxanlı dövləti, Səlcuq imperiyası, Xarəzmşahlar dövləti, Qızıl Orda, Çağatay siyasi-mədəni mühiti, Teymurilər dövrü, Kazan, Krım, Həştərxan, Sibir və digər türk xanlıqları bu uzun dövlətçilik tarixinin müxtəlif mərhələlərini təşkil etdi.

Qaraxanlı hökmdarı Satuk Buğra xan X əsrdə Mərkəzi Asiyanın siyasi və dini tarixində mühüm dönüş yaradan hökmdarlardan biri oldu. Böyük türk alimi Mahmud Kaşğari XI əsrdə “Divanü lüğat-it-türk” əsərini yaratdı. Bu əsər yalnız lüğət deyil, türk dillərinin, tayfalarının, coğrafiyasının və mədəni dünyasının böyük elmi xəritəsi idi. Yusif Balasaqunlu “Qutadqu bilik” əsəri ilə dövlət idarəçiliyi, ədalət, hakimiyyət və əxlaq məsələlərini türk siyasi-fəlsəfi düşüncəsi çərçivəsində işləyən böyük mütəfəkkirə çevrildi. Əbu Reyhan Biruni X əsrin sonu - XI əsrin əvvəllərində Xorasan və Xarəzm elmi mühitinin böyük ensiklopedik alimlərindən biri kimi astronomiya, riyaziyyat, coğrafiya və tarix sahələrində əsərlər yaratdı. Əl-Fərabi isə 870–950-ci illərdə yaşamış, Otrar/Farab mənşəli böyük filosof və alim kimi Şərq fəlsəfəsinin ən möhtəşəm simalarından biri oldu.

Türk dünyasının elmi irsi bununla bitmir. Uluğ bəy XV əsrdə Səmərqəndi dünyanın ən mühüm astronomiya mərkəzlərindən birinə çevirdi. Onun rəhbərliyi altında hazırlanmış astronomik cədvəllər əsrlər boyu elm tarixində əhəmiyyətini qorudu. Əlişir Nəvai isə türk ədəbi dilinin və xüsusilə Çağatay ədəbi ənənəsinin ən böyük nümayəndələrindən biri oldu.

Marqulanın acı taleyi

Krımda I Mengli Gəray xan, Kazanda Məhəmməd Əmin xan, Həştərxanda müxtəlif Gəray və Şibanilər sülalələrinin nümayəndələri, Sibirdə Kuchum xan kimi hökmdarlar türk dövlətçilik tarixinin müxtəlif qollarını təmsil edirdilər. Bütün bu adları bir-birindən əsrlər ayırsa da, onları birləşdirən mühüm bir xüsusiyyət var: onlar türk dünyasının dövlətçilik, elm, hərb, ədəbiyyat və mədəniyyət tarixinin müxtəlif səhifələrini yaradıblar. Məhz buna görə türk tarixinin öyrənilməsi sovet siyasi sisteminin müəyyən dövrlərində təhlükəli fəaliyyət kimi qəbul edilirdi. Əlkey Xakanoviç Marqulanın taleyi bunun ən təsirli nümunələrindən biridir. Qazaxıstanın böyük arxeoloqu, tarixçisi, etnoqrafı və alimlərindən biri olan Əlkey Marqulan 1904-cü ildə Pavlodar vilayətinin Bayanaul bölgəsində anadan olmuşdu. O, qazax xalqının folklorunu, qədim abidələrini, arxeologiyasını və tarixi mədəniyyətini sistemli şəkildə araşdıran alimlərdən birinə çevrildi. Lakin onun elmi maraqları siyasi sistem üçün həmişə rahat mövzu olmadı. Marqulan 1930-cu illərdə Leninqradda aspirantura təhsili alarkən repressiyaya məruz qaldı. Mənbələr onun Petropavlovsk qalasında saxlanıldığını və ağır təzyiqlərlə üzləşdiyini göstərir. Qızı Daniel Marqulan atasının bu dövr haqqında danışmağı sevmədiyini və onun milli mədəniyyətə, qazax tarixinin öyrənilməsinə olan marağının repressiya ilə əlaqələndirilə biləcəyini bildirirdi. Marqulan Alash hərəkatının nümayəndələri ilə əlaqələrinə görə də şübhə altında saxlanılırdı. Sovet hakimiyyəti üçün milli tarixlə maraqlanan, Alash ziyalılarının ideyalarını bilən və türk-müsəlman tarixi irsini araşdıran alim asanlıqla “millətçi” damğası ala bilirdi. Mənbələrdə Marqulanın Ədige və digər tarixi şəxsiyyətlərin irsinə münasibətinə görə tənqid olunduğu, 1950-ci illərin əvvəllərində elmi mövqeyinin yenidən “burjua millətçiliyi” kontekstində qiymətləndirildiyi göstərilir.

Bu, sadəcə bir alimin şəxsi faciəsi deyildi. Bu, türk elmi mühitinə verilmiş mesaj idi: Keçmişini araşdırarkən ehtiyatlı ol, milli tarixindən danışarkən ölçünü bil.

Milli özünüdərk dildən başlayır

Amma türk xalqları hər cür təzyiqlərə baxmayaraq, öz yaddaşını qorudu. Azərbaycanlılar Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Abbasqulu ağa Bakıxanov, Həsən bəy Zərdabi və Üzeyir Hacıbəyli kimi şəxsiyyətlərin yaratdığı milli düşüncə ənənəsini yaşatdılar. Qazaxlar Əlixan Bökeyxan, Əhməd Baytursınov, Mirjakıp Dulətov, Mağjan Jumabayev və Əlkey Marqulan kimi şəxsiyyətlərin irsini qoruduqları kimi, özbəklər Mahmud Kaşğari, Əlişir Nəvai və Əmir Teymur kimi tarixi şəxsiyyətlərinin adlarını yaşatdılar. Tarixə baxdıqda bir həqiqət aydın görünür: türk xalqlarının keçmişini yalnız “köçəri tayfaların tarixi” kimi təqdim etmək elmi baxımdan səthi yanaşmadır. Türk dünyası Avrasiyanın siyasi, hərbi, iqtisadi və mədəni tarixinin formalaşmasında mühüm rol oynayıb. Orxon kitabələrindən Səmərqənd rəsədxanasına, Kaşğarinin lüğətindən Nəvainin poeziyasına, Qızıl Ordanın siyasi sistemindən Azərbaycan, Kazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və digər türk xalqlarının müasir dövlətçilik təcrübəsinə qədər uzanan böyük tarixi xətt mövcuddur. Bu xəttin qarşısında repressiya sistemi belə dayana bilmədi. Çünki yaddaşı həbsxanaya salmaq olar, amma tarixi tamamilə həbs etmək mümkün deyil. Türk xalqlarının dilini dəyişdirməyə çalışdılar, lakin dil yaşadı. Adları dəyişdirdilər, lakin nəsillər öz babalarının adlarını yaddaşlarında saxladılar. Tarixi terminləri dəyişdirdilər, lakin daş kitabələr qaldı. Abidələri susdurmağa çalışdılar, lakin torpaq öz sirrini qorudu. Bu səbəbdən bu gün Türk dünyasının qarşısında duran mühüm vəzifələrdən biri yalnız keçmişlə fəxr etmək yox, həmin keçmişi elmi əsaslarla yenidən araşdırmaqdır. Tarix mifologiyaya çevrilməməlidir. Türk xalqlarının böyüklüyünü sübut etmək üçün həqiqətləri şişirtməyə ehtiyac yoxdur. Mövcud arxeoloji materiallar, yazılı abidələr, dövlət sənədləri, salnamələr, numizmatik nümunələr, dilçilik araşdırmaları və elmi əsərlər özləri kifayət qədər güclü sübutdur. Əsl milli özünüdərk də məhz buradan başlayır.

Türk xalqlarının tarixi yalnız keçmişin səhifələrində qalmış bir xatirə deyil. O tarix bu gün də yaşayır. Orxon daşlarında, Kaşğarinin lüğətində, Səmərqənd rəsədxanasında, Qızıl Ordanın şəhər və ticarət yollarında yaşayır. Eləcə də Azərbaycanın qədim şəhərlərində, Qazaxıstan çöllərindəki kurqanlarda Qırğızların “Manas”ı yaddaşlarda, Səmərqənd və Buxara irsində, türkmənlərin, Krım tatarlarının qədim dövlətçilik yaddaşında yaşayır. Və daş, torpaq və kağızla yanaşı, yaddaşa hopmuş bu izləri silməyə heç bir imperiyanın gücü yetməz.

Kəramət QƏNBƏROV,
Dövlət İdarəçilik Akademiyasının əməkdaşı, beynəlxalq hüquq üzrə ekspert

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri