Asiya İnkişaf Bankı: 2030cu ilədək iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə əlavə 100 milyon ayırmağı düşünürük
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
"Asiya İnkişaf Bankı tərəfindən su resurslarının, kənd təsərrüfatının qida sektorunun inkişafına 7 il ərzində 3,5 milyard dollar həcmində vəsaitin ayrılması nəzərdə tutulub".
APA xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Prezidenti Masatsugu Asakava COP29 çərçivəsində "Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq (CAREC) İqlim, İnnovasiya və Ticarət Tərəfdaşlığına həsr olunan nazirlərin görüşündə bildirib.
Onun sözlərinə görə, bu addım Mərkəzi Asiya regionunda və bu regionun qərbində yerləşən ölkələrdə dayanıqlılıq və adaptasiya tədbirlərini stimullaşdıracaq:
"Bu regionların su təsərrüfatı məhz suyu buzlaqlardan formalaşan çayların hesabına qidalanır. Ayrılacaq vəsait təkcə investisiya xarakteri daşımayacaq. Əksinə, bu regionda yaşayan fermerlər və ümumilikdə əhali qarşısındakı öhdəliyimizdir. Ayrılacaq vəsait su resurslarının effektiv istifadəsinə, eləcə də region ölkələrinin quraqlıqdan qorunmasına sərf olunacaq. 2030-cu ilədək isə həyata keçirdiyimiz xüsusi proqramlarla bankımız iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə əlavə 100 milyon ayırmağı düşünür".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 14 Noyabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















