Icma.az
close
up
RU
Asiya İnkişaf Bankı Qırmızı Körpü keçid məntəqəsi ilə bağlı tövsiyələrini açıqlayıb

Asiya İnkişaf Bankı Qırmızı Körpü keçid məntəqəsi ilə bağlı tövsiyələrini açıqlayıb

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Asiya İnkişaf Bankı (ADB) Qırmızı Körpü gömrük keçid məntəqəsinin rəqəmsallaşdırılmasını və koordinasiyanın gücləndirilməsini tövsiyə edir.

"APA-Economics" xəbər verir ki, Asiya İnkişaf Bankı (ADB) tərəfindən hazırlanan son hesabatda Azərbaycan və Gürcüstan arasında yerləşən Qırmızı Körpü keçid məntəqəsinin (BCP) ticarət və nəqliyyat asanlaşdırılması sahəsində daha effektiv fəaliyyət göstərməsi üçün konkret tövsiyələr irəli sürülüb.

ADB-nin “Sərhəd Keçid Məntəqələrinin Ticarət və Nəqliyyat Asanlaşdırılması üzrə Siyasət Təhlilinin Dərinləşdirilməsi” adlı hesabatına əsasən, Qırmızı Körpü üzrə gömrük prosedurları 79%, gömrük koordinasiyası isə 77% effektivliklə qiymətləndirilib. Bununla belə, keçid məntəqəsində nəqliyyat tənzimləmələri üzrə göstərici 0% olub. Bu, yük nəqliyyatı vasitələri üçün çəkidə və ölçüdə məhdudiyyətlərin mövcudluğu ilə əlaqələndirilir.

Hesabatda bildirilir ki, Qırmızı Körpü BCP-də sənədlərin elektron şəkildə işlənməsi, əsas İKT infrastrukturunun tətbiqi, qabaqcadan sənədləşmə və yoxlama tələbləri barədə məlumatlandırma imkanları mövcuddur. Lakin bir sıra sənədlərin hələ də fiziki formada təqdim edilməsinin tələb olunması, gömrük rüsumlarının elektron ödənişi və rəqəmsal növbə sistemlərinin olmaması əlavə vaxt və xərc yaradır.

ADB bu keçid məntəqəsi üçün bir neçə əsas tövsiyə irəli sürüb:

Gömrük prosedurlarının tam rəqəmsallaşdırılması, o cümlədən e-CMR sisteminin tətbiqi;

Gömrük rüsumlarının rəqəmsal ödənişinin təmin olunması və elektron qaydada geri qaytarılma mexanizminin qurulması;

Gürcüstanla sinxronlaşdırılmış gömrük prosedurlarının tətbiqi və qarşılıqlı sənəd tanınması çərçivəsinin genişləndirilməsi;

Fiziki baxışların yalnız risk əsaslı yanaşma əsasında həyata keçirilməsi üçün gömrük əməkdaşlarının səlahiyyətlərinin məhdudlaşdırılması;

Sərhədin yaxınlığında məhsul test laboratoriyaları və soyuq anbarların yaradılması;

Yük avtomobillərinin müayinəsi üçün ayrılmış zolaqların sayının artırılması.

ADB hesab edir ki, bu addımların reallaşdırılması regionda sərhədyanı ticarətin sürətlənməsinə, gömrük idarəçiliyinin şəffaflaşdırılmasına və ümumilikdə CAREC regionunda iqtisadi inteqrasiyanın gücləndirilməsinə töhfə verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Avqust 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see182

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see169

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see169

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see137

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see136

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see135

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri