Icma.az
close
up
RU
Asiya strategiyası: yüksək diplomatiyanın yüksək Çin pilotajı

Asiya strategiyası: yüksək diplomatiyanın yüksək Çin pilotajı

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

"...Qərbin lideri - Amerika açıq-aşkar zəifləyir. Bu yaxınlarda Şərqin lideri statusuna gəlib çatmış Çin hələ xeyli uzun yol qət etməlidir ki, Qərbdəki rəqibinə əlcək ata bilsin, ancaq o, bu istiqamətdə qətiyyətlə irəliləyir. Bütün əlamətlər qlobal dəyişmənin davamlı olduğunu göstərir: Qərbin yerini Şərq tutur".

Bu fikirlər mənə deyil, dünyanın ən məşhur futuroloqu Con Neysbitə məxsusdur. Bu, Amerikalı araşdırmaçı xanımı Doris Neysbit ilə birlikdə yazdığı "Çin meqatrendləri" kitabında bu Uzaq Şərq ölkəsinin sürətli inkişafının sirrlərini açır.

Neysbitlər Çin strategiyasının 8 sütunu haqda yazırlar. Həmin sütunlardan biri belədir: "Zəkanı ideoloji asılılıqdan xilas etmək".

Bu 8 sütunlu strategiya Den Syaopindən gəlir; o, Çinin sistemdənkənar lideri kimi ölkədə dərin, davamlı və sürətli islahatların əsasını qoydu və uğur qazandı. Bugünkü Çin Denin, eləcə də, onun bu stateji sterenə sadiq xələflərinin əsəridir. Həmin xələflər arasında Çin Xalq Respublikasının indiki Sədri Si Cinpin önəmli yer tutur.

Con Neysbit öz kitabında Çin möcüzəsinin çox maraqlı bir sirrinə də işıq salır: Qərbdə liderlər tez-tez bir-birini əvəz edir; ümumxalq seçkiləri siyasi səhnədə baş rol oyunçularını tez-tez dəyişdirir. Bu da ictimai təfəkkürü yorur. Bəzən belə də olur ki, seçkiləri bir şəxs, yaxud bir partiya qazanır, amma nətiədə ölkə uduzur. Məsələn, 2020-ci ildə Co Bayden prezident seçkilərində qalib gəlmişdi, ancaq ABŞ məğlub oldu. Həm də və daha çox Çinə.

Çin bu mənada ABŞ-dan çox fərqlidir; Neysbitin yazdığı kimi, Çinlilər həyat qabiliyyətinə inanırlar. "Əgər hökumət yaxşı işləyirsə, onu niyə dəyişək?!" deyə ritorik sual verirlər. Məntiq var: yalnız seçki keçirmək - zahiri demokratiya effekti xətrinə effektiv hökuməti qeyri-effektivlə niyə dəyişdirmək lazım olsun ki?!

Neysbitlərin kitabından ilhamlanaraq, Çin haqqında xeyli kitab oxudum, internetdə çoxlu materialla tanış oldum. Gələcəkdə ilk fürsətdə Çinə səfər etmık, öz gözlərimlə yazmaq həvəsi də yarandı məndə. Hər halda indi bildiklərimdən belə məlum olur ki, Çin haqqında təsəvvürlərimizin çoxu yanlış imiş! Məsələn, mənim oxuyub öyrəndiklərimdən belə qənaətə gəlmək olar: çoxpartiyalı sistemdə də diktatira mümkün olduğu kimi (Adolf Hitler də çoxpartiyalı seçkilərlə hakimiyyətə gəlmişdi), birpartiyalı sistemdə də demokratiya mümkündür. Ola bilsin, Azərbaycanda müxalif mövqeli siyasətçilər, təhlilçilər, jurnalistlər bu fikirlərimizlə razılaşmasın. Ancaq həqiqət belədir ki, sistemin daxilindəyişkənliyi qədər (bəlkə də daha çox), onun dayanıqlılığı önəmlidir. Demokratiya özünü qorumağı bacarmayanda onun bütün mahiyyəti dəyişir, bütün pozitiv fəlsəfi konstruksuyası çökür. Bundan başqa, demokratiya hamı üçün eyni ölçülər təklif edə bilmir; "demokratiya" sözünün özü "xalqın hakimiyyəti" deməkdir. Xalqlar isə bir-birindən fəqlidir: Avropalının, Amerikalının demokratiyası ilə Çininin, yaponun, filipinlinin... demokratyası fərqlənə bilər, burda qəbahət yoxdur. Çünki bunlar bir-birindən fərqli etnomədəniyyətlər, fərqli həyat ukladları, fərqli inanc sistemləridir (söhbət təkcə dini inanclardan getmir). Bir-birindən fərqli xalqların siyasi quruluşları da, təbii olaraq, fərqlənəcək. Çin bu cür fərqlilik reallığına - xalqların seçim haqqına hörmətlə yanaşır. Elə Azərbaycan da. Buna görə də Azərbaycan prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində imzalanan birgə bəyanat xüsusi məna kəsb edir. Sənəd belə adlanır: "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Brirgə Bəyanat". Strateji tərəfdaşlığın baza sənədi Azərbaycanla Çin arasında 2024-cü il iyulun 3-də imzalanmış birgə bəyannamədir. İndiki birgə bəyanat isə həmin baza sənədindəki müddəalara və öhdəliklərə, strateji məqsəd və məramlara sadiqliyi bir daha vurğulamaqla yanaşı, bir sıra məsələlərin həllinə dair konkret birgə addımları müəyyənləşdirir.

Bir az əvvələ - siyasi quruluşların fərqliliklərinə qayıtsaq, o zaman birgə bəyanatın 1-ci bəndi bizə tam aydın olacaq. Həmin bənddə yazılır: "Tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər".

Başqa sözlə, Azərbaycan və Çin Qərb dövlətlərindən fərqli olaraq, başqa xalqların seçiminə, suveren dövlətlərin daxili işlərinə qarışmır, heç kimi özünə oxşatmağa, yaxud özünün yolu ilə getməyə məcbur qoymur. Bu baxımdan, dünyanın siyasi və iqtisadi inkişaf mərkəzinin Qərbdən Şərqə doğru yerdəyişməsi bundan sonrakı düzənin daha adil, sabit və proqressiv ola biləcəyinə işarə edir. Dünyanın mərkəzi, bəli, Avroatlantikadan Asiyaya - Şərqə keçir. Doğrudur, Azərbaycan bir Avropa ölkəsidir, ancaq məlum səbəblərdən Avropa İttifaqında yeri yoxdur. Çünki bunu Azərbaycan istəsə də, Avropada istəməzlər. Ona görə Azərbaycan Asiyada da öz yeini tutur. Çünki Azərbaycan həm də bir Asiya ölkəsidir. Azərbaycan prezidentinin Çinə indiki səfəri də, imzalanan sənədlər də, verilən bəyanatlar da rəsmi Bakının yeni qlobal tendensiyalara adekvat reaksiyası, çevik strateji refleksidir. Səfərin yüksək statusu, yüksək səviyyədə qarşılanma, görüşlər, birgə bəyanatlar, uzlaşan maraqlar, eyni hədflər deməyə əsas verir ki, Azərbaycan və Çin artıq bir-birinin simasında etibarlı strateji tərəfdaşlar qazandılar. Bütün bunlara əsaslanaraq deyə bilərik ki, Azərbaycan prezidentinin Çinə dövlət səfəri çox uğurlu və effektlə keçir. Bu, Azərbaycanın dünyada artan çəkisinin və rolunun da bir daha təsdiqidir.

P.S. Çin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) sədrliyini dəstəkləyir . Bu, kiçik uğur deyil, tarixi nailiyyətdir: Azərbaycan bu mexanimlə - AGEM-lə) Asiya qitəsinin siyasi gündəliyinə, dinamikasına qoşuldu. Qərblə əlaqəni saxlamaqla, Şərqlə əlaqələrində gücləndirir. Bu, "yüksək diplomatik pilotaj" nümunəsidir.

Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Aprel 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri