Icma.az
close
up
RU
Piter Teys: Azərbaycanın strategiyası yüksək tərifə layiqdir

Piter Teys: Azərbaycanın strategiyası yüksək tərifə layiqdir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Viskonsin ştatında fəaliyyət göstərən ABŞ-Azərbaycan Biznes və Təhsil Şurasının təsisçisi və politoloq Piter Teys Zəngəzur Dəhlizinin tikinti tempini yüksək qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, o, layihəni strateji baxış və qüsursuz idarəetmənin əsl nümunəsi adlandırıb. “Prezident İlham Əliyevin rəhbərliyi və tərəfdaşları ilə birlikdə Azərbaycanın gördüyü işlər ən yüksək tərifə layiqdir”, – deyə Teys vurğulayıb.

Ekspert işin təşkilinin səmərəliliyini və tikintidə iştirak edən komandaların əlaqələndirilməsini mühəndislik ustalığının və dövlət iqtisadi planlaşdırmasının yüksək səviyyəsini göstərən amil kimi qiymətləndirib. O, Azərbaycanın regional sabitliyin möhkəmləndirilməsində mərkəzi rolunu da xüsusi qeyd edib: “Zəngəzur Dəhlizinin yaradılması sadəcə yeni nəqliyyat marşrutları açmır, həm də Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında etimad və əməkdaşlığın güclü amilinə çevrilir”.

Onun sözlərinə görə, iqtisadi təşəbbüslərin sülhə, sabitliyə və qonşu dövlətlərin ahəngdar inkişafına birbaşa töhfə verdiyi bir vaxtda Azərbaycanın regionda artan rolu konstruktiv liderlik nümunəsini nümayiş etdirir.

Piter Teys, həmçinin dəhlizin region üçün daşıdığı iqtisadi təkana diqqət çəkib. O, yeni nəqliyyat marşrutunun açılmasının ticarət üçün misli görünməmiş imkanlar yaradacağını, investisiya cəlb edəcəyini və iqtisadi qarşılıqlı əlaqəni sürətləndirəcəyini vurğulayıb. “Zəngəzur Dəhlizinin hər kilometri milyonlarla insanın rifahına, ticarət dövriyyəsinin artmasına, biznesin inkişafına və yeni iqtisadi təşəbbüslərin stimullaşdırılmasına doğru bir addımdır”, - deyə ekspert qeyd edib.

Teys, Azərbaycanın infrastruktur layihələrinin etibarlı və uzaqgörən təşəbbüskarı kimi strateji roluna xüsusi diqqət yetirib. O vurğulayıb ki, Zəngəzur Dəhlizinin uğuru hədəflənmiş investisiyaların və proaktiv xarici iqtisadi siyasətin bütöv bölgələri necə dəyişdirə biləcəyinin rəmzinə çevriləcək.

Politoloq bildirib ki, dəhlizin başa çatması Cənubi Qafqaz və Mərkəzi Asiyada regional əməkdaşlıq, iqtisadi inkişaf və strateji inteqrasiyanın yeni dövrünü açacaq. O qeyd edib ki, Azərbaycan innovasiya və liderlik bacarığı ilə rifah və sabitliyin əsas hərəkətverici qüvvəsi kimi mövqeyini möhkəmləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 06:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri