Icma.az
close
up
RU
Aşkarlanmış ayaq izləri müasir insanın uzaq qohumları ilə eyni məkanda yaşadığını göstərir TƏDQİQAT AZƏRTAC

Aşkarlanmış ayaq izləri müasir insanın uzaq qohumları ilə eyni məkanda yaşadığını göstərir TƏDQİQAT AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 1 dekabr, AZƏRTAC

Keniyada aşkarlanan daşlaşmış ayaq izləri müasir insanın uzaq qohumlarının təxminən 1,5 milyon il əvvəl eyni məkanda bir arada yaşadığını göstərir. Tədqiqatçılar müəyyən ediblər ki, bu izlər Turkana hövzəsinin yataqlarında tapılıb və bir-birindən bir neçə gün və ya saat fərqi ilə meydana gəlib.

AZƏRTAC “The Guardian”a istinadla xəbər verir ki, ABŞ-ın Chatham Universitetindən Dr. Kevin Hatala və tədqiqat qrupunun “Science” jurnalında dərc olunan araşdırmasına əsasən, bu izlər tarixdən əvvəlki iki fərqli insan növü – “Paranthropus boisei” və “Homo erectus” tərəfindən qoyulub. Araşdırmanın əhəmiyyəti ondadır ki, ilk dəfə bu iki növün eyni mənzərədə birgə mövcudluğu birbaşa sübut edilir.

K.Hatala bildirib ki, izlərdən biri müəyyən sürətlə hərəkət edən bir fərd tərəfindən qoyulub. Bu izlərin anatomik xüsusiyyətləri “Paranthropus boisei” növünə aid olduğunu göstərir. Bu növ, böyük dişlərinə görə “Şelkunçik adamı” kimi də tanınır və insan nəsil ağacının yan budağında yerləşir. Tədqiqat qrupundan bildirilib ki, ayaq izlərində görünən baş barmağın anatomik strukturu bu növün ayaq quruluşuna uyğundur. Həmin ərazidə müxtəlif istiqamətlərdə olan digər izlər isə “Homo erectus” növünə aid edilə bilər. Bu növ müasir insanın birbaşa əcdadı sayılır və onların da eyni dövrdə bölgədə yaşadığı ehtimal olunur.

K.Hatala vurğulayıb ki, bu iki növün eyni mənzərədə bir-birinin varlığından xəbərdar olması və bir-birini “fərqli” olaraq tanıması ehtimal edilir. Bununla belə, onların qarşılıqlı münasibətləri haqqında hələ də bir çox suallar açıq qalır. Turkanada daha əvvəlki dövrlərə aid fosilləşmiş ayaq izləri də araşdırılıb və bəzilərinin müxtəlif növləri tərəfindən qoyulduğu aşkarlanıb. Londondakı Təbiət Tarixi Muzeyindən professor Chris Stringer tədqiqatı heyranedici adlandıraraq bildirib ki, bu iki növün güclü rəqabət aparmadan birgə mövcudluq göstərə bilməsi diqqətəlayiqdir.

Bu araşdırma insan nəsil ağacı ilə bağlı yeni perspektivlər təqdim edir və tarixdən əvvəlki növlərin bir-biri ilə necə əlaqədə olduğu suallarını gündəmə gətirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Dekabr 2024 02:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri