Icma.az
close
up
RU
Aslan Əliyevin işi çətinləşir Çirkli pullar məsələsi...

Aslan Əliyevin işi çətinləşir Çirkli pullar məsələsi...

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Şəmkir Un-Yem” MMC-nin 2 milyon manatdan çox yeyintidə ittiham olunan direktoru Aslan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, xüsusilə ağır cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.

Hazırlıq iclasında müttəhimin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Bu cinayətlə bağlı ilk yazımızda dəyirman rəisinin xüsusilə külli miqdarda mənimsəmədə, torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında, xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda və vəzifə saxtakarlığında təqsirləndirildiyi barədə məlumat vermişdik.

Məhkəmədə məlum olub ki, A.Əliyevə bunlardan əlavə, cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılması maddəsi ilə də ittiham verilib. İstintaqla müəyyən edilib ki, mənimsənilən dövlət vəsaitləri müxtəlif yerlərə köçürülərək həqiqi mənbəyini gizlətmək məqsədilə leqallaşdırılıb.

Prokuror cinayət işinin ağırlığını və işdə dəyişən halların qeydə alınmadığını əsas gətirərək seçilmiş həbs formasında qətimkan tədbirinin dəyişdirilməməsini istəyib. İlk iclasın qərarına əsasən, qətimkan tədbiri olduğu kimi saxlanılıb. İş məhkəmə baxışına verilib.

Baxış iclasında ittiham aktı oxunacaq, müttəhimin özünü təqsirli bilib-bilmədiyi məlum olacaq.

Qeyd edək ki, A.Əliyev Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. “Şəmkir Un-Yem” 2018-ci ildə fəaliyyətə başlayıb. İnvestisiya dəyəri 6 milyon manat olan müəssisədə istehsal olunan məhsullar əsasən Şəmkir, Gəncə, Gədəbəy, Tovuz və Qazax rayonlarında satışa çıxarılır.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 İyun 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri