Icma.az
close
up
RU
Aslan Kərimov: “Bu turnirə çempionluq prizmasından yanaşmamalıyıq”

Aslan Kərimov: “Bu turnirə çempionluq prizmasından yanaşmamalıyıq”

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Beynəlxalq səviyyəli yarışdır və ilk dəfə keçirilir. Yarış haqqında müsbət fikirdəyəm. Belə beynəlxalq təcrübə ilə tanış olmaq, onun ab-havasını hiss etmək yeniyetmə və gənc futbolçuların inkişafında vacib rol oynayacaq”.

Bu sözləri Azərbaycan millisinin və “Qarabağ”ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimov Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis turnirin keçirilmə formatını, gənc futbolçuların inkişafındakı rolunu şərh edib, həmçinin tanınmış mütəxəssis Arsen Vengerlə keçirilən görüşün təfərrüatlarını bölüşüb.

“Performanslarına gəlincə, burada taktiki baxımdan oyunçuların çıxışını dəyərləndirə bilmərəm. Çünki bu, fərqli formatda keçirilən oyundur. Meydanda yeddi oyunçu və bir qapıçı olur. Burada əsas məsələ tez düşünmək, qısa zaman ərzində qərarlar vermək və onları dəyişməkdir. Yəni bu, dar zonada və məhdud çərçivədə problemlərin düzgün həllinə yönəlmiş oyun formatıdır. Bu da uşaqların həmin istiqamətdə inkişafına kömək edir. Bununla bağlı hesab edirəm ki, bəzi ölkələrdən bir qədər geri qalırıq, bəzilərini isə üstələyirik. Hər halda, bu yaş qrupumuzun keçənilki və ondan əvvəlki yaş qrupları ilə müqayisədə daha təcrübəli və inamlı göründüyünü düşünürəm. Amma performans baxımından, yəqin ki, bu komandadan çempion olmağı gözləmirəm. Çünki bu çempionatda həqiqətən də daha güclü rəqiblər var və daha güclü ölkələr iştirak edir. Ona görə də hesab edirəm ki, bu turnirə komandamızın birinci yeri tutması və ya yer uğrunda mübarizə aparması prizmasından yanaşmamalıyıq. Bəlkə də uşaqlar, oyunçular buna belə baxırlar. Mən isə bu turniri daha çox beynəlxalq səviyyədə özlərini başqaları ilə müqayisə etmək və öz güclərinə inanmaq baxımından dəyərləndirirəm. Bu, böyük meydanda 11-ə 11 formatında keçirilən oyun deyil, yəni bütöv bir futbol oyunu deyil. Bu, oyunçularımızı fərqli istiqamətdə inkişaf etdirmək üçün tamamilə başqa formatdır.

Dünən Arsen Vengerlə də görüşümüz olmuşdu. Premyer Liqanın və Federasiyanın nəzdində fəaliyyət göstərən baş məşqçilərlə Arsen Venger arasında iki saatlıq master-klass və görüş keçirildi. Burada oyunçularımızın inkişaf prosesində kiçik meydanlarda keçirilən oyunların (small-sided games) əhəmiyyəti, bu formatda oyunların məşqlərə daxil edilməsi ilə bağlı müzakirələr apardıq. Bunun çox vacib olduğunu vurğuladıq. Dediyim kimi, belə turnirlər uşaqların dar zonada sürətli oynamasına və tez düşünməsinə kömək edir, bu keyfiyyətlərin inkişafına ciddi dəstək verir. Ona görə də biz bu turnirə daha çox məhz bu istiqamətdən yanaşmalıyıq”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Oktyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri