Icma.az
close
up
RU
Aslan Kərimov: “Çempionluq mübarizəsi “Qarabağ” və “Sabah” arasında gedəcək”

Aslan Kərimov: “Çempionluq mübarizəsi “Qarabağ” və “Sabah” arasında gedəcək”

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Misli Premyer Liqasının 3-cü turunun əsas qarşılaşması, şübhəsiz ki, "Zirə" – "Neftçi" oyunu idi. Həm turnir cədvəlindəki mövqelərinə, həm də komandaların qarşılaşmaya qədərki çıxışlarına görə bu matça maraq böyük idi. Gözlənildiyi kimi, görüş kifayət qədər gərgin mübarizə şəraitinə keçdi. Hər iki komanda qələbə qazanmaq istəyində olsa da, meydanda daha intizamlı və planlı görünən tərəf "Zirə" idi". Bu sözləri Sport24.az-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 3-cü turunun oyunlarını dəyərləndirib:
"Bu qarşılaşma çempionluq uğrunda mübarizə apara biləcək komandaları mənim üçün bir daha müəyyənləşdirdi. Fikrimcə, bu mövsüm də əsas mübarizə "Qarabağ" və "Sabah" arasında gedəcək. Hər iki komandanın həm heyəti keyfiyyətli futbolçulardan qurulub, həm də oyun fəlsəfəsi baxımından digər rəqiblərdən müəyyən üstünlükləri var. Mövsümün əvvəlində nəticələr müxtəlif ola bilər, amma uzunmüddətli marafonda bu iki komandanın daha sabit çıxış edəcəyini düşünürəm. Təbii ki, "Sabah"la bağlı ayrıca məqam var. Komandanın Çempionlar Liqasındakı çıxışının çempionat oyunlarına necə təsir göstərəcəyini zamanla görəcəyik. Avrokuboklarda mübarizə aparmaq həm futbolçulardan fiziki, həm də psixoloji baxımdan böyük enerji tələb edir. Üstəlik, sıx oyun qrafiki məşq prosesinə və bərpa müddətinə də təsir göstərir. "Sabah"ın "Araz-Naxçıvan"ı minimal hesabla məğlub etdiyi qarşılaşmada bunun müəyyən əlamətlərini gördük. Komanda qələbə qazansa da, əvvəlki oyunlardakı enerjini və dominantlığı tam şəkildə ortaya qoya bilmədi. Əgər belə hallar mütəmadi xarakter alarsa, bu, Masazır təmsilçisinin üçün çempionat görüşlərində əlavə çətinliklər yarada bilər. Digər tərəfdən, mövsümün hələ yeni başladığını da nəzərə almaq lazımdır".

Təcrübəli mütəxəssis "Neftçi" və "Turan Tovuz" barədə də fikirlərini bölüşüb:

"İstət Bakı, İstərsə də Tovuz təmsilçisi barədə yekun fikir söyləmək üçün bir neçə turun nəticələrini gözləmək daha doğru olar. Ola bilər ki, bu komandalar hələ tam köklənməyiblər və yeni mövsümün ritmini tutmağa çalışırlar. Xüsusilə "ağ-qaralar" kimi böyük hədəfləri olan komanda üçün mövsümə istənilən səviyyədə başlamaq vacibdir. Çünki çempionatın gedişində itirilən xalların sonradan əvəzini çıxmaq heç də həmişə mümkün olmur. "Neftçi"nin çatışmazlıqları "Zirə" ilə oyunda kifayət qədər açıq şəkildə göründü. Komanda hücumda istədiyi təhlükəni yarada bilmədi, rəqibin müdafiə xəttini açmaqda çətinlik çəkdi. Qəsəbə təmsilçinin kompakt müdafiəsi qarşısında "Neftçi"nin hücumları bir çox hallarda sistemsiz və proqnozlaşdırılan təsir bağışladı. Xüsusilə belə oyunlarda rəqibin müdafiə blokunu hərəkətə gətirmək, cinahlardan daha effektiv istifadə etmək və hücumların tempini dəyişmək vacibdir. Flaqman isə bunları tam şəkildə həyata keçirə bilmədi. "Zirə"nin oyununa gəldikdə isə, qəsəbə təmsilçisi taktiki baxımdan düzgün qarşılaşma keçirdi. Komanda öndə qarşılamaya və rəqibə yüksək pressinq tətbiq etməyə çalışmaq əvəzinə, bir qədər geridə yerləşərək daha kompakt oynadı. Bununla həm "Neftçi"nin hücumları zamanı boşluq vermədi, həm də topu qazandıqdan sonra sürətli hücumlar üçün imkan yaratdı".
Qeyd edək ki, turun oyunlarında "Qarabağ" "Sumqayıt"ı, (1:0) "Sabah" "Araz-Naxçıvan"ı, (1:0) "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) üstələyib, "Qəbələ" ilə "sülh" bağlayıb - 0:0.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://sport24.az
archiveBu xəbər 01 Sentyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri