Icma.az
close
up
RU
Aslan Kərimov: “Lion”la maksimum heçheçə edə bilərdik” MÜSAHİBƏ İdman və Biz

Aslan Kərimov: “Lion”la maksimum heçheçə edə bilərdik” MÜSAHİBƏ İdman və Biz

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qarabağ”ın sabiq futbolçusu Aslan Kərimovun İdman.biz-ə müsahibəsi

- “Qarabağ”ın Avropa Liqasının V turunda “Lion”la oyununu necə dəyərləndirirsiz? Bir neçə epizodda qapı dirəyi və tiri rəqibin dadına çatdı. 1:4 hesablı məğlubiyyətə şansızlıq, yoxsa səviyyə səbəb oldu?
- Şanssızlıqlar da var idi. “Qarabağ” ilk hissədə daha yaxşı oynayırdı. Rəqibin də strategiyası fərqli oldu. Hər kəs düşünürdü ki, “Lion” dominant futbol oynayacaq. Daha çox hücumda olacaq. Amma onlar bunu etmədilər. Bir qədər geridə “oturdular”. Buna səbəb də yəqin ki, eksperimental - gənclərlə təcrübəlilərin yer aldığı qarışıq heyətə üstünlük vermələri idi. 2-3 dəfə bizi əks-hücumda yaxaladılar. Buna baxmayaraq, “Qarabağ”ın da şansları oldu. Düşünürəm ki, qollar vursaydıq belə “Lion”la maksimum heç-heçə edə bilərdik. Komandamızın hücum və müdafiə balansını nəzərə alsaq, qələbə çətin görünürdü. Rəqibin də qollardan başqa şansları oldu. Bunu da nəzərə alsaq, bəxtimiz gətirsəydi ən yaxşı halda heç-heçə edə bilərdik.

- “Qarabağ”da kimi fərqləndirərdiz və kim gözləniləndən zəif oynadı?
- Kevin Medinanın yaxşı oynadığını demək üçün futbol mütəxəssisi olmağa ehtiyac yoxdur. O, rəqibin bir çox həmləsinin qarşısını aldı. Bəzi epizodlarda olmasaydı, “Lion” daha çox qol vura bilərdi. Düzdür, bir səhvi oldu, amma belə şeylər qaçılmazdır. Müdafiə planı baxımından çox yaxşı görünürdü. Öndə oynayan 4-lük - Olavio Juninyo da daxil olmaqla, komanda müdafiəsi baxımından çox zəif görünürdülər. Fərqləndirməli olsam, elə tək Medinanının adını çəkərdim.
- Bu məğlubiyyətdən sonra pley-off şanslarımız barədə fikirləriniz necəsiz?
- Əslində, turnir cədvəlində ilk “24-lük”dən sonuncu olan komandanın 5 xalı var. Yenidən 1 qələbə qazansaq, mövqeyimizi çox yaxşılaşdıra bilərik. “Budo Qlimt”, “Malmö”nün bundan sonra qələbə 3 xal qazanması çətin görünür. Bu baxımdan 1 qələbə, 1 heç-heçə bizi pley-off mərhələsinə çıxaracaq.
- İllərdir “Qarabağ” müəyyən səviyyəyə qədər irəliləyir, yekunda çıxışını bitirir. Sizcə, daha irəli getmək üçün nə çatmır?
- “Qarabağ” zaman-zaman yaxşı formada olur. Bəzən də əksinə. İnkişafın olmaması ölkə çempionatı və klublarımızın maddi durumu ilə bağlıdır. Digər klubların da “Qarabağ” qədər maliyyə ayırmaq və oyunçu transfer etmək imkanı olsa, inkişaf sürətlənəcək. Əgər açıq danışsaq, “Lion” da möhtəşəm futbol göstərmədi. Bu Avropa Liqasının yarımfinalı olsaydı və hansısa neytral meydançada keçirilsəydi tamam fərqli ssenari alınacaqdı. “Lion” bizimlə çox rahat oynayırdı. Eləcə də, “Qarabağ” daxili çempionatda belə rahat mübarizə aparır. Onlar da “Kəpəz”, “Səbai”lə qarşı çox rahatdırlar. Qaçsalar da, döyüşsələr də hiss olunur ki, daxildən çox rahatdırlar. Bunun özü də “Qarabağ”ın inkişafına mane olur.

- Təbii ki, bu uğurlarda, “Qarabağ”ın bu səviyyəyə çatmasında baş məşqçi Qurban Qurbanovun çox böyük əməyi var. Amma sanki bundan artığını etmək çətin görünür. Siz necə fikirləşirsiz?
- Düz deyirsiz. Klubun bu səviyyəyə gəlib çatmasında əsas rol sahiblərindən biri Qurban Qurbanovdur. Amma bir şeyi də nəzərə alaq ki, oyunun taleyini meydandakı futbolçular həll edir. Düzgün transferlər edib, komandanın daxilində yaxşı ab-hava yarada bilirsinizsə, böyük uğura nail olursuz. Sizi əmin edirəm ki, nəinki Qurbanov, digər məşqçilərimiz də öz yanaşmaları ilə Avropadakı mütəxəssislərdən geri qalmırlar. Bunu seminarlarda çıxış edən məşqçilərimiz özləri də görürlər. Savad baxımından geri qalmırıq. Sadəcə oyunçu keyfiyyəti və daxili çempionat bir az zəifdir. Ona görə də bundan o tərəfə addım ata bilmirik.

Emin Ağa
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Noyabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri