AŞPA Köçəryanı xəyanətdə ittiham etdi
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan Milli Məclisin spikeri Ruben Rubinyan AŞPA-nın ölkə müxalifətini xəyanətdə ittiham etdiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə o, brifinqdə bildirib.
“AŞPA seçkilərlə bağlı hesabatında ağ-qara rəngdə bunları yazıb: “Xarici güclərin (Rusiya nəzərdə tutulur – red.) müxalifətin səslərini təmin etmək üçün iqtisadi tədbirlərdən və təhlükəsizlik təhdidlərindən istifadə etməsi müşahidə olunub”. Əziz insanlar, başa düşürsünüzmü, sizi xəyanətdə ittiham ediblər, xarici güclər sizin üçün, sizin xatirinizə Ermənistan Respublikasına qarşı iqtisadi sanksiyalar və təhlükəsizlik təhdidləri tətbiq ediblər ki, siz seçilə biləsiniz”, – spiker deyib.
Rubinyan müxalifətdən bu məsələni araşdırmaq və AŞPA-nın ittihamlarını Milli Məclisin kürsüsündən təkzib etmək istəyib-istəmədiyini soruşub.
Qeyd edək ki, söhbət sabiq prezident Robert Köçəryanın “Ermənistan” və rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan”, eləcə də Qaqik Sarukyanın sədri olduğu “Çiçəklənən Ermənistan” Partiyasından gedir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 06 Oktyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















