Assosiasiya üzvü: Pestisidlərlə gübrələr nəzarətsiz və qeydiyyatsız şəkildə tətbiq olunduqda qidaya da zərər vurur
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” çağırış kampaniyasını davam etdirir.
Bu dəfə yayımlanan videoçarxda şuranın üzvü, Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyasının üzvü Mehmet Manavoğlu əkinçilikdə və bağçılıqda pestisid və gübrələrin düzgün seçilməsinin əhəmiyyətindən bəhs edib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, pestisid və gübrələr nəzarətsiz və qeydiyyatsız şəkildə tətbiq olunduqda yalnız torpağa deyil, eyni zamanda, suya, havaya və süfrəmizdəki qidaya da zərər vurur. “Mənşəyi məlum olmayan və qeydiyyatsız preparatlar görünməz, amma real təhlükə yaradır. Yalnız qeydiyyatdan keçmiş, keyfiyyəti təsdiqlənmiş gübrə və pestisidlərdən istifadə etməklə ətraf mühiti qoruya, sağlam gələcək üçün zəmin yarada bilərik. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir. Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!”, - deyə o vurğulayıb.
Videoçarxla daha ətraflı linkdə tanış ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 18 Noyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















