Astana Pekinə Qazaxıstandan idxal rüsumlarını azaltmağı təklif etdi
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rəsmi Astana Pekinə Qazaxıstandan Çinə göndərilən mallara gömrük rüsumlarını azaltmağı təklif edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakkaliyevin Çinin ticarət naziri Van Ventao ilə görüşünün nəticələrinə dair nazirliyin yaydığı məlumatda qeyd olunub.
“Qazaxıstan tərəfi Çin Xalq Respublikasında Qazaxıstan mallarına idxal rüsumlarının azaldılması məsələsinə baxmağı təklif edib, həmçinin Qazaxıstan Respublikası ərazisində Çin kapitalının iştirakı ilə xammalın dərin emalı üzrə layihələrin yaradılmasının məqsədəuyğunluğunu vurğulayıb”, – məlumatda deyilir.
Tərəflər həmçinin ölkələr arasında ticarət dövriyyəsinin artdığını qeyd ediblər. Belə ki, cari ilin I yarısında bu rəqəm 21,8 milyard dollar təşkil edib ki, bu da “2030-cu ilə qədər qarşılıqlı ticarət dövriyyəsini iki dəfə artırmaq vəzifəsinin reallığını təsdiqləyir”.
Bundan əlavə, Qazaxıstan öz mallarının Çin onlayn platformalarında mövcudluğunu genişləndirməyi təklif edir.
Gununsesi.info
Baxış sayı:79
Bu xəbər 21 Avqust 2025 09:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















