Icma.az
close
up
RU
İranda insanları küçəyə çıxmağa çağıran Pəhləvi KİMDİR...

İranda insanları küçəyə çıxmağa çağıran Pəhləvi KİMDİR...

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranın sonuncu şahının oğlu Rza Pəhləvi ölkədə baş verən etirazlar fonunda yenidən gündəmə gəlib. Sürgündə yaşayan Pəhləvi sosial şəbəkələrdə İranda yaşayan insanları küçələrə çıxmağa çağırır və mövcud hakimiyyətə qarşı etirazları açıq şəkildə dəstəklədiyini bildirir.

O, hakimiyyətin etirazlardan qorxaraq interneti kəsməsinə baxmayaraq, insanların yenə də küçələrə çıxdığını vurğulayıb.

Rza Pəhləvi, həmçinin ABŞ prezidenti Donald Trampa müraciət edib, onun İran rejiminə qarşı sərt mövqeyinə görə təşəkkür edib. 65 yaşlı Pəhləvi İranın gələcəyinin formalaşmasında rol almaq istədiyini desə də, onun ölkə daxilində real dəstək səviyyəsi mübahisə mövzusudur. Bəziləri onu demokratik keçid üçün mümkün sima kimi görür, digərləri isə uzun illərdir ölkə xaricində yaşamasını ciddi çatışmazlıq sayır.

Modern.az-ın məlumatına görə, Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi 1979-cu il İslam İnqilabından sonra ölkəni tərk etmiş Pəhləvi ailəsinin hazırda ən tanınmış üzvüdür.

O, 1960-cı ildə Tehranda anadan olub. Atasının əvvəlki evliliklərindən oğlan övladı olmadığı üçün uşaq yaşlarından etibarən taxtın yeganə varisi kimi böyüdülüb və xüsusi müəllimlər tərəfindən monarxiya idarəçiliyinə hazırlanıb.

1979-cu ildə İslam İnqilabı baş verəndə Rza Pəhləvi ABŞ-da hərbi təyyarəçi hazırlığı keçirdi. İnqilab nəticəsində atasının hakimiyyəti devrildi və ailə ölkəni tərk etdi. O, atasının sürgündə ağır xəstələnməsini və ölümünü uzaqdan izləmək məcburiyyətində qaldı..

Uzun müddət siyasi proseslərdə ehtiyatlı mövqe tutan Rza Pəhləvi son illər daha açıq və iddialı çıxışları ilə diqqət çəkir. O, özünü monarxiyanın bərpasını istəyən fiqur kimi deyil, İran üçün demokratik keçid və milli uzlaşma tərəfdarı kimi təqdim edir. Pəhləvi gələcək siyasi sistemin - monarxiya və ya respublika olmasının ümumxalq səsverməsi ilə müəyyənləşdirilməsini təklif edir.

Sürgündə yaşamasına baxmayaraq, Rza Pəhləvi xüsusilə etiraz dalğaları zamanı sosial şəbəkələr vasitəsilə İrandakı proseslərə təsir göstərməyə çalışır.

O, zorakılığı rədd etdiyini, silahlı müxalif qruplarla məsafə saxladığını və dəyişikliklərin dinc yolla baş verməli olduğunu bildirir.

Bununla yanaşı, tənqidçilər onun ölkə daxilində real təşkilatlanma və sabit siyasi baza formalaşdıra bilmədiyini vurğulayırlar.

2025-ci ilin iyununda Parisdə keçirdiyi mətbuat konfransında o, İran İslam Respublikasının çökməsi halında müvəqqəti keçid hökumətinə rəhbərlik etməyə hazır olduğunu bildirdi və ilk 100 gün üçün siyasi yol xəritəsi açıqladı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:293
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Yanvar 2026 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri