Icma.az
close
up
RU
Astanada forumun ikinci günü: İnvestisiyalar, süni intellekt, demoqrafiya, iqlim və su resursları arasındakı əlaqə

Astanada forumun ikinci günü: İnvestisiyalar, süni intellekt, demoqrafiya, iqlim və su resursları arasındakı əlaqə

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstanın paytaxtı Astanada "Think Tank Forum 2025" forumu "Polyarizasiyadan tərəfdaşlığa doğru: beynəlxalq sistemə etimadın bərpası" mövzusunda fəaliyyətini davam etdirir.

Oxu.Az xəbər verir ki, tədbirin ikinci günü "Fraqmentləşmiş qlobal iqtisadiyyat şəraitində investisiyalar: davamlı artım üçün regional strategiyalar", "Əlaqələrin yeni coğrafiyası: infrastruktur şəbəkələri rifahın katalizatoru kimi", "Sərhədsiz süni intellekt: etik dilemmalar və gələcəyin çağırışları", habelə "Davamlı gələcək: demoqrafiya, iqlim və su resursları arasındakı əlaqə" mövzularında dörd sessiya keçiriləcək.

Bundan əlavə, "Yeni şəhərlər: Alatau şəhəri üçün ibrət dərsləri", "Demoqrafik dayanıqlılıq strateji inkişafın hərəkətverici qüvvəsi kimi: Qazaxıstan üçün perspektivlər" və "Energetikanın gələcəyi: yaşıl hidrogen" mövzularında məruzələr dinləniləcək.

Qeyd edək ki, Astanada ilk "Think Tank Forum"u 2024-cü ildə keçirilib və dəyişən qlobal nizamda orta güc dövlətlərinin roluna həsr olunub. Ötən müddət ərzində bu forum beynəlxalq gündəmin aktual məsələlərinin müzakirə olunduğu nüfuzlu qlobal ekspert platforması kimi özünü təsdiqləyib.

"Think Tank Forum" tədqiqatçılar, ekspertlər, beynəlxalq təşkilatlar, hökumətlər və iş dünyası adamları arasında açıq və konstruktiv dialoqu təşviq etməyi hədəfləyir. Dünyada sabitliyi və etimadı artırmağa kömək edən inklüziv və uzunmüddətli qarşılıqlı fəaliyyət formatlarının inkişafı üzrə tövsiyələrin hazırlanması və Qazaxıstanın beynəlxalq münasibətlərdə tərəfdaşlığın inkişafına töhfə verən məsuliyyətli və aktiv "orta güc" dövləti kimi mövqeyinin gücləndirilməsi onun vəzifələri arasındadır.

Astana Beynəlxalq Forumunun (AIF) himayəsi altında keçirilən bu tədbirin təşkilatçısı Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Strateji Tədqiqatlar İnstitutudur. Analitik mərkəzlərin forumunda 20 ölkədən təxminən 40 xarici ekspert, aparıcı "beyin mərkəzləri"nin rəhbərləri, tədqiqatçılar və ekspertlər iştirak edir.

Fərid Novruzov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Oktyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri