Astanada “Köçəri mahnıları” festivalında Azərbaycan nəğmələri səsləndirilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Astana, 20 oktyabr, AZƏRTAC
Astanada "Kóshpendiler áýeni" (“Köçəri mahnıları”) II Beynəlxalq Etnik Musiqi Festivalı keçirilib.
AZƏRTAC “Kazaxkonsert”ə istinadla xəbər verir ki, konsertə gələnlər yaradıcılığında xalq adət-ənənələri, köçəri mədəniyyətinin sədaları və Türk dünyasının musiqi irsi ilə dərindən bağlı olan sənətkarların çıxışlarından zövq alıblar.
Festival proqramı orijinal çöl melodiyalarından tutmuş xalq mahnılarının və instrumental əsərlərin orijinal yozumlarına qədər geniş janrları əhatə edib.
Azərbaycan bu festivalda “Zəfər” qrupu ilə təmsil olunub.
“Kóshpendiler áýeni” festivalı xalqları incəsənət və qədim musiqi ənənələri ilə birləşdirən etnik musiqinin orijinal formada canlandığı unikal mədəniyyət məkanına çevrilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 20 Oktyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















