Icma.az
close
up
RU
Astanada Ortaq Türk Əlifbası müzakirəsi

Astanada Ortaq Türk Əlifbası müzakirəsi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astanada Türk Akademiyası, Türk Dilçilik Birliyi ilə əməkdaşlıq çərçivəsində Ortaq Türk Əlifbası Komissiyasının dördüncü iclası keçirilib.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan mütəxəssislər iştirak ediblər.

Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev qeyd edib ki, ötən müddət ərzində akademik ictimaiyyətdə, təhsil müəssisələrində və ictimai sahədə Ortaq Türk Əlifbasına marağın xeyli artdığı müşahidə olunub. O deyib: “Hazırkı mərhələdə onun istifadəsinə vahid yanaşmaların razılaşdırılması və praktik tətbiqinin əsas prinsiplərinin yekunlaşdırılması xüsusilə aktuallaşıb. Ortaq Türk Əlifbasının populyarlaşdırılması üçün Türk Akademiyası bir sıra nəşrlər hazırlayıb. 2025-ci ildə Abayın qazax dilində “Qara Sözder” kitabı və Çingiz Aytmatovun qırğız dilində “Aq Kəmə” əsəri ilk dəfə olaraq nəşr olunub”.

Görüşün əsas mövzusu türk dilləri üçün Ortaq Türk Əlifbasının tətbiqi ilə bağlı tövsiyələrin müzakirəsi, eləcə də onun praktik tətbiqi prinsipləri və mexanizmləri barədə razılaşma olub.

Vurğulanıb ki, Türk Akademiyası hazırlanmış qaydaları müvafiq milli qurumlara, dil təşkilatlarına və tərəfdaş strukturlara göndərəcək. Lakin onların tətbiqi məsələləri hər bir dövlətin orqanlarının səlahiyyətində qalır və onların milli qanunvericiliyə uyğun olaraq nəzərdən keçirilir. Görüşün yekununda Ortaq Türk Əlifbasının daha da geniş tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyun 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see316

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see268

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see266

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see259

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see259

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see251

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see251

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see249

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see248

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see248

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see239

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see237

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see237

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see214

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see207

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see205

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see202

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see195

Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? Video

20 Sentyabr 2026 04:07see194

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri