Icma.az
close
up
RU
Astanada Ortaq Türk Əlifbası Komissiyasının KONKRET

Astanada Ortaq Türk Əlifbası Komissiyasının KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Bu gün, iyunun 15-də Astanada Beynəlxalq Türk Akademiyasının Türk Dil Qurumu ilə əməkdaşlığı çərçivəsində təşkil etdiyi Ortaq Türk Əlifbası Komissiyasının dördüncü iclası keçirilib.

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri

KONKRET.az – ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən, eləcə də Beynəlxalq Türk Akademiyasının müşahidəçi ölkələrindən Komissiya üzvləri iştirak ediblər. İştirakçılar öz ölkələrində dil siyasəti üzrə səlahiyyətli rəsmi qurumları təmsil ediblər.

Komissiya 2022-ci ildə Türk Dövlətləri Təşkilatının koordinasiyası ilə Beynəlxalq Türk Akademiyasının nəzdində yaradılıb. 2024-cü il sentyabrın 11-də Bakıda keçirilən üçüncü iclasda 34 hərfdən ibarət Ortaq Türk Əlifbası qəbul edilib.

İclası açan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev ötən müddət ərzində Ortaq Türk Əlifbasına elmi mühitdə, təhsil müəssisələrində və ictimai məkanda marağın əhəmiyyətli dərəcədə artdığını bildirib.

“Hazırkı mərhələdə Ortaq Türk Əlifbasından istifadə ilə bağlı vahid yanaşmaların razılaşdırılması və onun praktiki tətbiqinin əsas prinsipləri üzərində işin yekunlaşdırılması xüsusi aktuallıq kəsb edir. Ortaq Türk Əlifbasının tanıdılması məqsədilə Beynəlxalq Türk Akademiyası bir sıra nəşrlər hazırlayıb. 2025-ci ildə ilk dəfə bu əlifbadan istifadə olunmaqla Abayın qazax dilində “Qara Sözder” kitabı və Çingiz Aytmatovun qırğız dilində “Aq Keme” əsəri nəşr edilib”, — deyə Akademiya rəhbəri bildirib.

İclasın əsas mövzusu türk dilləri üçün Ortaq Türk Əlifbasının tətbiqinə dair tövsiyələrin müzakirəsi, habelə onun praktiki istifadəsi ilə bağlı prinsip və mexanizmlərin razılaşdırılması olub.

Vurğulanıb ki, hazırlanmış qaydalar Beynəlxalq Türk Akademiyası tərəfindən müvafiq milli qurumlara, dil təşkilatlarına və tərəfdaş strukturlara göndəriləcək. Bununla yanaşı, onların tətbiqi və istifadəsi məsələləri hər bir dövlətin səlahiyyətli orqanlarının səlahiyyət dairəsində qalır və milli qanunvericiliyə uyğun şəkildə nəzərdən keçirilir.

İclasın yekununda Ortaq Türk Əlifbasının gələcək tətbiqinə dəstəyin təsdiq olunduğu Bəyannamə imzalanıb.

Əsas qərarlardan biri Ortaq Türk Əlifbasının tətbiqinə dair tövsiyə xarakterli prinsiplərin, eləcə də bu əlifba əsasında hazırlanmış qazax və qırğız əlifbalarının tövsiyə olunan variantlarının təsdiq edilməsi olub.

Sənəd Ortaq Türk Əlifbasının praktiki tətbiqində uzlaşdırılmış yanaşmanın təmin olunması üçün ümumi istinad materialı və istiqamətverici sənəd kimi istifadə ediləcək.

İştirakçılar əmin olduqlarını bildiriblər ki, Ortaq Türk Əlifbasının tətbiqi türk ölkələri arasında əməkdaşlığın və mədəni birliyin daha da möhkəmlənməsinə töhfə verəcək.

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 İyun 2026 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri