Icma.az
close
up
RU
Astara sərhədində növbəti təxliyə: Xarici vətəndaşlar Azərbaycanda göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirirlər FOTO

Astara sərhədində növbəti təxliyə: Xarici vətəndaşlar Azərbaycanda göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirirlər FOTO

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Astara, 23 iyun, İlkin Adıyev, AZƏRTAC

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində həyata keçirilən növbəti təxliyə mərhələsində müxtəlif ölkələrin, o cümlədən Çin, Şri-Lanka, Kanada və ABŞ vətəndaşları Azərbaycan ərazisinə daxil olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlar son zamanlar İranda baş verən hadisələrə görə bu ölkəni tərk etmək məcburiyyətində qalanlardır. Təxliyə olunan şəxslər əvvəlcədən beynəlxalq protokollara əsasən müvafiq sənədlərlə təmin olunub, Azərbaycan sərhəd xidmətinin əməkdaşları tərəfindən dəqiq və çevik aparılan prosedurlarla məntəqədən qəbul ediliblər.

Sərhəd-keçid məntəqəsində təşkil edilmiş yardım zonasında onlara ilkin tibbi baxış keçirilib, həmçinin psixoloji dəstək xidməti də təqdim olunub.

Bəzi vətəndaşlar Azərbaycanda gördükləri isti münasibət və təşkilatlanma səviyyəsindən duyduqları razılığı bölüşüblər. Onlardan biri, İrandan təxliyə olunan Çin vətəndaşı Ka Tung Tai deyib: “Burada insanlar çox yardımsevər və mehribandırlar. Özümüzü tam təhlükəsizlikdə hiss edirik. Azərbaycan çox gözəl ölkədir. Bizə kömək etdiyiniz üçün təşəkkür edirik”.

Təxliyə olunan şəxslər üçün xüsusi avtobuslar ayrılıb və onlar təhlükəsiz şəkildə Bakı istiqamətində yola salınıblar.

Azərbaycan Respublikasının aidiyyəti qurumları bu prosesin növbəti mərhələlərində də yüksək hazırlıq vəziyyətində fəaliyyət göstərir.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri