Icma.az
close
up
RU
Astara sərhədində qardaşlıq mənzərəsi Azərbaycan xarici vətəndaşları belə qarşıladı

Astara sərhədində qardaşlıq mənzərəsi Azərbaycan xarici vətəndaşları belə qarşıladı

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranla İsrail arasında yaranan qarşıdurma ilə əlaqədar İrandan təxliyə olunan xarici ölkə vətəndaşlarının dövlət sərhədinin Astara buraxılış məntəqəsindən keçidi davam edir.

Milli.Az xəbər verir ki, münaqişə başlayandan bəri, artıq 3 gündür ki, bir neçə xarici ölkənin vətəndaşları Azərbaycan ərazisi vasitəsilə təxliyə olunurlar.

Onların qarşılanması, təhlükəsiz keçidinin təçin olunması üçün ərazidə hər cür şərait yaradılıb.

İrandan təxliyə olunan xarici vətəndaşlar məntəqədə qarşılanır, onlara lazımı köməklik göstərilir.

Həmin şəxslərin qarşılandığı yerlərdə çay süfrələri təşkil olunub. Bununla yanaşı, ehtiyacı olanlar üçün əraziyə təcili tibbi yardım maşınları və həkim qrupu cəlb edilib.

Həmin şəxslər qaydalara uyğun olaraq sərhəd-gömrük nəzarətindən keçdikdən sonra xüsusi ayrılmış avtobuslarla lazımı ünvanlara çatdırılırlar.

Azərbaycan dövləti tərəfindən xarici vətəndaşların təhlükəsiz keçidi və ünvanlara rahat çatdırılması üçün tədbirlərin görülməsi ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən dövlətimizə və Prezident İlham Əliyevə xüsusi təşəkkür edilib.

Eyni zamanda xarici vətəndaşlar da yaradılan şəraitə görə Azərbaycan rəhbərliyinə öz minnətdarlığını bildirirlər.

Qırğızıstan Respublikasının İrandakı səfirliyinin bu gün təxliyə olunan əməkdaşı Nazim Beişekeev Astara sərhəd məntəqəsini keçdikdən sonra APA-nın yerli bürosuna verdiyi açıqlamasında deyib ki, Azərbaycan hökumətinin dəstəyi ilə İrandan Astaraya keçmələri təmin olunub: "Yeddisi diplomat olmaqla ümumilikdə 28 nəfər dövlət sərhədini müəyyən intervallarla keçəcək".

O, yaradılan şəraitə və göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.

Təxliyə olunan digər Qırğızıstan vətəndaşı da Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına göstərdikləri qayğı üçün təşəkkür edib.
"Qardaşlıq münasibəti göstərildiyi üçün Azərbaycan rəhbərliyinə təşəkkür edirəm. Biz burada qardaş dəstəyi gördük. Bu bizi çox təsirləndirdi", - deyə o bildirib.

Aidiyyəti qurumlar ərazidə fasiləsiz xidməti davam etdirir.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 İyun 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri