Icma.az
close
up
RU
Astarı üzündən baha Olimpiya idman kompleksləri: Qızınmadıq istisinə, kor olduq tüstüsünə...

Astarı üzündən baha Olimpiya idman kompleksləri: Qızınmadıq istisinə, kor olduq tüstüsünə...

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir dəfə Azərbaycanda olimpiya idman komplekslərinə xərclənən vəsaitləri hesablamışdıq. Azı 200 milyon manatın sərf olunduğu üzə çıxmışdı. Əslində, Gənclər və İdman Nazirliyi xərclər barədə məlumatı təkzib etmir. Hələ 2012-ci ildə nazirlik komplekslərə təxminən bu qədər xərcləndiyini açıqlamışdı.

Bizimyol.info xəbər verir ki, olimpiya idman komplekslərinin 65 min manata qədər vergi borcu yaranıb. Komplekslərin yarısının borcu var. Ümumilikdə 21 idman mərkəzinin belə problemi ortaya çıxıb. Ən az borc Gəncə olimpiya idman kompleksinindir. Nə qədər qəribə olsa da, cəmi 1 qəpiklik öhdəlikdən söhbət gedir. Şəmkirdə də borc qəpiklə ölçülür (23 qəpik). Borc Bərdədə 4 min 48 manata, Qobustanda 5 min 675 manata, Astarada 7 min 785 manata, Qusarda 8 min 830 manata, Şəkidə 10 min 170 manata, Göyçayda isə 11 min 800 manata çatıb.

Belə nəticəyə gəlmək olar ki, olimpiya idman kompleksləri lazımi gəlir gətirmir. Ya da idarəetmə aşağı səviyyədədir. Bu idman mərkəzlərinin gənclərin işinə yaramaması barədə əvvəllər də yazmışıq.

Borc siyahısında adı yuxarı yerlərdə gözə dəyən Qobustan idman kompleksi Şamaxıya uzanan yolun kənarında yerləşir. Vaxtilə tikintisinə 5,6 milyon manat sərf olunub. Amma rayonda sağlam idman mühitinin formalaşmasında heç bir rolu yoxdur. Qiymətlər elə səviyyədədir ki, yerli camaat buranın xidmətindən istifadə edə bilmir.

Astarada da durum fərqli deyil. Buradakı idman kompleksinin tikintisinə 2006-2012-ci illərdə 12,6 milyon manat ayrılmışdı. Addım nə dərəcədə effekt verib? Aşağı-yuxarı hər yerdə vəziyyətin eyni olduğunu deyə bilərik.

İdmanın inkişafı ilə bağlı real addımlar atılmalıdır. Olimpiya idman kompleksləri işlək mexanizmin bir parçasına çevrilə bilməyib. Sanki görüntü xatirinə inşa olunublar. Halbuki komplekslərin gənclərə xidmət etməsi əsas hədəfə çevrilməliydi. Rayonlarda yerli camaat bu idman mərkəzlərinin xidmətindən istifadə edə bilməlidir.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Sentyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri