Icma.az
close
up
RU
Astarı üzündən baha... Xaricdə kəsilən yerli 3 qəpik: Minlərlə manat yenə havaya sovrulub

Astarı üzündən baha... Xaricdə kəsilən yerli 3 qəpik: Minlərlə manat yenə havaya sovrulub

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkədə tədavülə yeni 3 qəpikliklər daxil edilib. Dizayn əvvəlkindən çox da fərqlənmir, kiçik dəyişiklik diqqət çəkir. İl ərzində ölkəyə xaricdə kəsilən 114 mindən çox sikkə gətirilib. Bunlar, əsasən, 1, 3 və 5 qəpiklik dəmir pullardır.

Bizimyol.info xəbər verir ki, ölkəyə daha çox Almaniyada sikkə gətirilib. Dəmir pulların istehsalının 84,4 faizi Avropa ölkəsinin, qalanı Türkiyənin payına düşür.

1, 3 və 5 qəpikliklər mis və poladdan hazırlanır. Yəni daha böyük dəmir pullara nisbətən burada bahalı metallara ehtiyac duyulmur. Bununla belə, heç də ucuz başa gəlmir. İqtisadçı Natiq Cəfərli 3 qəpiklik dəmir pulun istehsal xərclərinin azı 25 qəpik olduğunu bildirir.

Tədavülə yeni dizaynlı 3 qəpikliklərin daxil edilməsi bir neçə istiqamətdən məntiqsiz görünür. Birincisini yuxarıda yazdıq. 25-30 qəpik xərcləməklə 3 qəpiklik kəsmək heç bir halda məntiqli görünə bilməz. Hələ onu demirik ki, bunun xaricdə istehsalı bizə uyğun deyil.

İkincisi, indi 1, 3 və 5 qəpikliklərə heç ehtiyac yoxdur. 3 qəpiklik bir yana, hətta 5 qəpikliyi nəinki marketlər, heç dilənçilər də götürmür. İstifadəyə yararlı olmayan bu qədər dəmir pulun kəsilməsi, ölkəyə gətirilməsi minlərlə manatı havaya sovurmaqdan başqa bir şey deyil. Nə ehtiyac vardı? Kart əməliyyatları çox artıb. İnsanlar pulqabında ən yaxşı halda manatlıq gəzdirir. Biz isə qəpik-qəpik oynayırıq.

Bu il qəpiklərə görə azı 30 min manat havaya sovrulub. Həmin pula hər hansı problemi həll etmək olardı. Ölkə iqtisadiyyatı da dəmir pul kəsmək kimi idarə olunur. Məntiqsiz addımlar bir-birini əvəz edir. Qarşıda ölkəni manatın dəyər itirməsi gözləyir, amma biz xırda pul dərdi çəkirik. O 3 qəpiyə ən yaxşı halda bir qutu kibrit almaq mümkündür. Bir ovuc toplasan, bəlkə saqqız düşər. Belə xəbərlər cəmiyyətdə də neqativ qarşılanır, insanlarda ümidsizlik yaradır.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Dekabr 2024 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri