Icma.az
close
up
RU
Astarı üzündən baha olan kreditlər Sahibkarlar niyə banklardan qaçır? Sabiq maliyyə naziri şərh etdi

Astarı üzündən baha olan kreditlər Sahibkarlar niyə banklardan qaçır? Sabiq maliyyə naziri şərh etdi

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

 “Azərbaycan dünyada daha çox neft-qaz ölkəsi kimi tanınsa da son illər ərzində ümumi iqtisadiyyatımızda neft-qaz sektorunun xüsusi çəkisinin azalmasına şahid oluruq”.

Bunu  Moderator.az açıqlamasında açıqlamasında sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib.

İqtisad elmləri doktoru bildirib ki, rəsmi statistikamızın təqdim etdiyi rəqəmlərə nəzər salaq,  cari ilin 11 ayı ərzində iqtisadiyyatın qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% artıb:

“Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında iqtisadiyyatın real sektorundan daxilolmaların neft-qaz sektorundan daxilolmaları üstələdiyinin şahidi oluruq. Dünyada iqtisadiyyatın yaşıl relslər üzərinə keçirildiyi dönəmdə bir neft ölkəsinin iqtisadiyyatının inkişafında baş verən bu prosseslər müsbət dəyərləndirilməlidir”.    

F.Yusifovun sözlərinə görə, son 20 ildə ölkədə sahibkarlığın inkişafı istiqamətində müsbət nəticələrin əldə olunmaslna imkan verən bir çox addımlar atılıb:

“Bəzi sahələrdə əldə olunan nəticələr gerçəkdən tədqirə layiq bir səviyyədədir. Bu illər ərzində ölkə iqtisadiyyatının real sektoruna aid özəl müəssisələrdə bəzi yerli məhsulların istehsalı on dəfələrlə arta bilib, real sektordan ixracın həcmi 13 dəfədən çox artaraq, 260 milyon ABŞ dollarından 3,4 milyard dollara çatıb. Təbi ki, bu göstəricilər ölkə iqtisadiyyatının özəyini təşkil edən kiçik və orta sahibkarlığın inkişaf səviyyəsini səciyyələndirməyə imkan verir. 

Bəs əldə olunan nəticələr bu günün tələbləri səviyyəsindədirmi? Bu sualın cavabını konkret rəqəmlərlə söykənərək əsaslandırmağa çalışaq. Baxın, keçən il Azərbaycanda 123 milyard manatdan çöx ümumi daxili məhsul istehsal olunub ki, bunun da 76,7 milyard manatı və ya 63,0%-i real sektorun payına düşüb. Son illər ərzində hökumət sahibkarlığın inkişafına dəstək üçün bir sıra mühüm addımlar atıb. Sahibkarlara güzəştli kreditlərin verilməsi, ixracın stimullaşdırılması, istehsal məqsədləri üçün gətirilən texnika və avadınlaqların vergilərdən azad edilməsi, bütövlükdə vergi güzəştlərinin tətbiqi kimi addımlar tədqirə layiqdir. Lakin bütün bunlar real sektorun istədiyimiz səviyyədə inkişafını təmin edə biləcək səviyyədə deyil. Biz bir ildə 123,0 milyard manatlıq ümumi daxili məhsul istehsal etsək də iqtisadiyyatın hansı səviyyədə kreditləşə bildiyinin fərqində deyilik. Dünyanın inkişaf etmiş ölkələrində iqtisadiyyatın kredit tutumu bəzən onların ümumi daxili məhsulunun həcmindən də çox ola bilir”

Bəs bizdə bu göstərici hansı səviyyədədir? 

Professor vurğulayır ki, Azərbaycanda iqtisadiyyatın kredit tutumu 16-18%-i ötmür:

“Bu çox aşağı bir göstəricidi. Kreditlərin payının bu səviyyədə olmasının yeganə səbəbi, onların həddindən artıq baha olmasıdır. Yəni bu gün banklarımızın beznes üçün təklif etdikləri kreditlərin faizləri istehsalla bağlı olan istənilən biznesin orta rentabellik səviyyəsindən çox yüksəkdir. Təbi ki, normalda heç bir sahibkar öz istehsal müəssisəsi üçün bankdan astarı üzündən baha olan belə kreditləri götürməz.  Bu yerdə dövlət dəstəyi ilə biznes üçün ayrılan güzəştli kreditlər barəsində danışmaq yerinə düşər. Bu çox yaxşı bir təşəbbüsdür, lakin bu məqsəd üçün ayrılan bir neçə milyard manat güzəştli kreditlər real sektorun payına düşən 80,0 milyard manata yaxın ümumi daxili məhsulun qarşılığında çox kiçik bir rəqəmdir. 

Ölkə iqtisadiyyatının real sektorunun indikindən bir neçə dəfə artıq sürətlə inkişafını təmin etməyin açarı bu sektorun əsasını təşkil edən kiçik və orta biznesin maliyyə əlçatanlığını təmin etməkdir. Bunu necə etməyin yolları var, biz bu yolları dəfələrlə hökumətə təklif etmişik. Yerli istehsalı artırmağın, yerlərdə iş yerlərinin açılmasının və yerli iqtisadiyyatın inkişafının təmin edilməsinin, ölkənin qeyri-neft sektorundan ixracın həcminin ən azından bugünkü idxalımızın 60-70%-i səviyyəsinə yüksəltməyin yeganə yolu məhz biznesin maliyyə əlçatanlığını təmin etməkdən keçir. Bunu edə bilsək, bütün digər problemlər də özlüyündə həll olunacaqdır...”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Dekabr 2024 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri