Asteroidləri tədqiq edəcək “Tyanven 2” zondu mayın sonunda kosmosa buraxılacaq
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 19 may, AZƏRTAC
Asteroidləri tədqiq edəcək “Tyanven-2” zondu Çindəki Siçan kosmodromunun texniki zonasında planlaşdırılan montaj, sınaq və yanacaq doldurulması proseslərini başa vurduqdan sonra buraxılış meydançası sahəsinə çatdırılıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, onun buraxılışı mayın sonuna planlaşdırılır.
Qurğunun əsas vəzifəsi Yerin kvazipeyki olan Kamoaleva asteroidindən torpaq nümunələrinin toplanması və Mars və Yupiter arasındakı asteroid qurşağında yerləşən 311P kometasının tədqiqi olacaq. Missiyanın məqsədi kiçik göy cisimlərinin tərkibi, quruluşu və təkamülü haqqında məlumat əldə etməkdir.
Çin Milli Kosmik İdarəsindən (CNSA) verilən məlumata görə, “Tyanven-2” buraxılış missiyasını yerinə yetirəcək “Long March-3B Y110” daşıyıcı raketi mayın 14-də texniki sahədən qaldırma və yerləşdirmə əməliyyatlarının tamamlandığı buraxılış meydançası sahəsinə köçürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 19 May 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















