Icma.az
close
up
RU
Çin asteroidləri tədqiq edəcək zondu kosmosa göndərib

Çin asteroidləri tədqiq edəcək zondu kosmosa göndərib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pekin, 29 may, AZƏRTAC

Çin asteroidləri tədqiq edəcək ilk zondu olan “Tianven-2”ni kosmosa göndərib.

AZƏRTAC xəbər verir zondu orbitə çıxaran daşıyıcı raketin buraxılışı yerli vaxtla mayın 29-da saat 1:31-də (Bakı vaxtı ilə 28 may saat 21:31) Siçanq kosmodromundan həyata keçirilib. Buraxılışından 18 dəqiqə sonra raket zondu təyinat nöqtəsinə çatdırıb.

Çin Milli Kosmos Administrasiyasının məlumatına əsasən, qurğunun əsas vəzifəsi Yerin kvazipeyki olan 2016 HO3 asteroidindən torpaq nümunələrinin toplanması, habelə Mars və Yupiter arasındakı asteroid qurşağında yerləşən 311P kometasının tədqiqi olacaq.

Missiyanın məqsədi kiçik göy cisimlərinin tərkibi, quruluşu və təkamülü haqqında məlumat əldə etməkdir. “Tianven-2” zondunun asteroidin və kometanın ölçü və formasını, orbital xüsusiyyətlərini, fırlanma sxemlərini və istilik radiasiya xüsusiyyətlərini əhatə edən çoxsaylı fiziki parametrləri ölçməsi üçün müvafiq avadanlıq quraşdırılıb. Tədqiqatçılar, həmin məlumatlar əsasında zondun asteroid və kometanın xarici xüsusiyyətlərini, material kompozisiyalarını və daxili strukturlarını tədqiq edə biləcək. Plana əsasən zondun topladığı nümunələr 2027-ci ildə Yerə çatacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri