Aston Villa da qapıçı axtarışı: Martinesin yerinə Mançesterdən namizəd
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Aston Villa" rəhbərliyi argentinalı ulduz qolkiper Emiliano Martinesin komandadan ayrılma ehtimalına qarşı artıq ciddi ehtiyat planı hazırlayıb.
Fanat.Az xəbər verir ki, Birmingem təmsilçisi "Mançester Siti"də Canluici Donnarummanın kölgəsində qalan 23 yaşlı istedad Ceyms Traffordu əsas hədəf seçərək onun transferi üçün 30 milyon funt-sterlinqlik büdcə ayırıb.
33 yaşlı Martinesin həm performansındakı eniş həm də yeni çağırışlar axtarması klubun heyəti gəncləşdirmək qərarını qətiləşdirib. Buna baxmayaraq gənc ingilis qapıçı Trafforda "Lids Yunayted" və "Nyukasl" kimi klublardan da maraq var. Lakin Unai Emerinin gənc ulduzu şəxsən öz sərəncamında görmək istəməsi "Villa"nın bu yarışda favorit olduğunu göstərir.
Digər tərəfdən "Portu"dan Dioqo Kosta da siyahıda olsa da Traffordun Premyer Liqa təcrübəsi onu seçimdə bir addım öndə tutur.
Kamil Xudiyev
Baxış sayı:123
Bu xəbər 16 Fevral 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















