Icma.az
close
up
RU
Astrologiya fal deyil: Aytən Salami bürclərlə bağlı mifləri dağıtdı

Astrologiya fal deyil: Aytən Salami bürclərlə bağlı mifləri dağıtdı

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Bürclərə inam cəmiyyətdə geniş yayılıb və bir çox insan gündəlik həyatlarını bürclərin təhlilinə əsasən tənzimləyir. Lakin, elmi baxımdan bürclərin insan həyatına təsiri sübut olunmayıb. Bəzi insanlar həyatlarını gündəlik bürclərə inanaraq təyin edirlər.

Bürclərə inanmaq, elmi faktları inkar edərək cahillik əlaməti sayıla bilərmi? Gündəlik həyatımızı bürclərə görə yönləndirmək nə dərəcədə ağıllıdır?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən azərbaycanlı astroloq Aytən Salami bildirib ki, bürclərə inam cəmiyyətdə geniş yayılıb. Bir çox insan gündəlik həyatlarını Bürclərin təhlilinə əsasən tənzimləyirlər. Elmi baxımdan bu sübut olunmayıb.

Aytən Salaminin sözlərinə görə, Astrologiyada çox təəssüflər olsun ki, Hal-hazırda ölkəmizdə səhv təbliğ olunan bir fikir var ki, bu da məhz bürclərdir. Həqiqətən də elmi astrologiya bürclərə əsaslanmır.

“Bürclər insan həyatında çox da önəmli rol oynamır. Düşünək ki, yer üzərində neçə milyardlarla insan yaşayır. Cəmi 12 bürc var. İnsanları yalnız bürclərə görə xarakterizə etsək, o zaman yet üzərində cəmi 12 tip insan həyatı və ya 12 tip xarakter olduğunu görərik. Bu da əlbəttə ki, heç bir əsası olmayan bir şeydir. Çünki hər bir insan, hər bir fərd individualdır. Nə qədər oxşar xarakterlər olsa da özlərinin xüsusi xarakterlərinə və həyat talelərinə malikdirlər. Elmi astrologiya da bürclər deyil. İnsanların doğum xəritələrinə əsaslanır. Doğum xəritəsi hər bir insanın doğulduğu tarix, saat, dəqiqə hətta coğrafiya belə, onun doğum tarixi və saatında göy üzərindəki olan planetlərin düzülüşünün təhlilidir. Bu da hər bir insanın həyatında tam ayrı bir yolu, qisməti və xarakteri göstərir. Bu hər birimizin barmaq izi qədər ındividualdır. Yəni, biz astroloqlar proqnoz verəndə, xəritəni analiz edəndə bürcləri deyil, ancaq az bir faiz bürclər də yer alır, planetlər, göy cisimləri, ulduzlar, astroidlər – bunların bir-birinə olan riyazi aspektləri, sabit ulduzlar istifadə edilir. Bu bəsit bir sahə deyil. O qədər dərinliklər, riyazi hesablamalar var. Riyaziyyatı bilməyən astroloq ola bilməz. Məntiqi olmayan, astronomiyanı, hesablamağı bilməyən astroloq ola bilməz. Ona görə də bəli, bürclərə inanmaq və bürclərə görə insanın həyatını tənzimləmək, planlama tamamilə səhvdir və səhvdir. Astrologiya da zatən bunu təbliğ etmir. Sadəcə olaraq günümüzdə heç bir elmi savadı olmayan, bürcləri əzbərləyib özlərini Astroloq kimi təqdim edənlər təəssüflər olsun ki, çoxdur. Ona görə də insanları yalnış yönə doğru aparırlar. “Pul bu bürcə gələcək” kimi proqnoz astrologiyada yoxdur. Bürclərə görə verilən proqnozlar isə ümumi xarakter daşıyır. Bu da hər bir insanın həyatında olmur. Gündəlik həyatımızı bürclərlə deyil, göy üzünün planet hərəkətləri və onların insanlar olan təsirləri ilə biz tənzimləyə bilirik. Çünki kainat enerjidən ibarətdir. Eləcə də planetlərin də enerjiləri var. Bu da insan həyatına, onun gündəlik ruh halına, zehninə, qərarlarına təsir edir. Amma astrologiya bir fal deyil. Astrologiya sadəcə olaraq hidrometeorologiyanın verdiyi hava proqnozu kimidir. Baş verəcək enerjiləri insanlara deyir. Ancaq yenə də qərarlar insanların tam iradəsindədir. Heç bir astroloq insanın gələcək proqnozunda ona dəqiq şey deyə bilməz. Biz Allah deyilik, özümüzü Allahın yerinə qoya bilmərik”.

Söhbətləşdi: Dəniz Pənahova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 01 İyun 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri