ASUS şirkəti Kojima Studios ilə əməkdaşlıq çərçivəsində hazırlanmış noutbuk təqdim etdi
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
PC Gamer- in məlumatına görə, CES 2026 sərgisində ASUS Kojima Productions ilə əməkdaşlıq elan etdi və xüsusi buraxılışlı ROG Flow Z13 noutbukunu, eləcə də markalı aksesuarlar xəttini – qulaqlıqlar, siçan, siçan yastığı və qoruyucu korpusu təqdim etdi.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Cihazlar Hideo Kojima ilə uzun müddət əməkdaşlıq edən Kojima Productionsun bədii rəhbəri Yoji Shinkawa tərəfindən dizayn edilmişdir.
Məhdud sayda buraxılan bu cihaz studiyanın özünəməxsus üslubunda, Kojima Productions simvolları və ağ-qızılı rəng sxemi ilə hazırlanmışdır.
ROG Flow Z13-KJP konvertasiya edilə bilən noutbuku AMD Ryzen AI MAX+395 prosessoru, AMD XDNA NPU və inteqrasiya olunmuş Radeon 8060S qrafik kartı ilə təchiz olunub. O, 180Hz yeniləmə sürətinə malik 13,4 düymlük ekran və 128 GB LPDDR5X 8000 RAM-a malikdir.
Qeyd edək ki, ROG Flow Z13-ün baza versiyası 2025-ci ilin əvvəllərində təqdim edildi və qarışıq rəylərə səbəb oldu. Rəyçilər onun iş tapşırıqları üçün uyğunluğunu tərifləsələr də, oyun performansının məhdud olduğunu qeyd etdilər.
ROG Flow Z13-KJP-nin 2026-cı ilin birinci yarısında satışa çıxarılması planlaşdırılır. Qiyməti hələ açıqlanmayıb.
Elmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 07 Yanvar 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















