Icma.az
close
up
RU
Ata işləmirsə, ondan aliment tutulmasında güzəşt edilə bilərmi?

Ata işləmirsə, ondan aliment tutulmasında güzəşt edilə bilərmi?

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Statistikaya görə, boşanmalardan sonra əksəriyyət kişilər aliment verməkdən yayınmağa çalışır, həmin pulu ödəmir. Bunu isə bir çox hallarda işsizliklə əlaqələndirirlər. Bəs görəsən ata işləmədiyi halda aliment verməyə bilərmi?
Bu barədə Newscenter.az-a danışan hüquqşünas Əli İbrahimov deyib ki, ata aliment ödəməli olduğu halda işsizdirsə, bu, onun alimentdən azad olunması üçün əsas hesab edilmir. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə görə, aliment ödəyən valideynin işsiz olması onun aliment ödəməkdən yayınmasına haqq qazandırmır:
"Əgər atanın daimi gəliri yoxdursa, məhkəmə onun orta aylıq əməkhaqqına uyğun olaraq aliment məbləğini hesablayır. Bundan əlavə, işsiz şəxs məhkəmə qərarına əsasən müvafiq icra orqanlarının vasitəsilə iş tapmağa yönləndirilə bilər. Əgər ata işsiz qalmağa davam edərsə və alimenti ödəməkdən yayınarsa, onun əmlakına qarşı icra tədbirləri görülə bilər. Əgər aliment ödəməli olan şəxsin rəsmi gəliri və ya əmlakı yoxdursa, onun borcu toplanmağa davam edəcək və gələcəkdə iş tapdıqda və ya əmlak əldə etdikdə bu borc ondan tutulacaq".

Əli İbrahimov deyib ki, qanunvericilikdə bəzi güzəştlər nəzərdə tutulsa da, bunlar məhdud saydadır:
"Məsələn, əgər ata ağır xəstəlik keçirmiş və işləmək qabiliyyətini itirmişsə, məhkəmə aliment məbləğinin azaldılmasını nəzərdən keçirə bilər. Lakin bu, yalnız tibbi sənədlərlə təsdiqləndiyi halda mümkündür. Eyni zamanda, əgər ata rəsmi şəkildə işsiz kimi qeydiyyata alınarsa və minimum dolanışıq səviyyəsindən aşağı gəlir əldə edərsə, məhkəmə aliment məbləğinin müəyyən hissəsini azaltmaq barədə qərar qəbul edə bilər. Ancaq bu, onu aliment ödəmək öhdəliyindən tamamilə azad etmir və borc yenə də toplanmağa davam edəcək".
Hüquqşünas deyib ki, bütün hallarda məhkəmə uşağın maraqlarını üstün tutur və valideynlərin maddi vəziyyətindən asılı olmayaraq, uşağın saxlanması üçün tələb olunan alimentin ödənilməsini təmin etmək üçün bütün qanuni tədbirləri tətbiq edir:
"Aliment borcunun yığılması və ödənilməməsi halında isə borclu olan valideyn müxtəlif hüquqi məsuliyyətlərə cəlb oluna bilər".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:324
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Mart 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri