Icma.az
close
up
RU
“Ata, mənə bayraq alarsan” Şəhid Ağa Hüseynlinin son istəyi

“Ata, mənə bayraq alarsan” Şəhid Ağa Hüseynlinin son istəyi

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sabirabad, 28 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Vətənimizin azadlığı uğrunda canınə fəda edən qəhrəmanlar sırasında İkinci Qarabağ müharibəsində şəhadətə ucalan Ağa Hüseynlinin də adı çəkilir. Ağanın 19 yaşı olmasına baxmayaraq, fizki qüvvəsi və istedadı onun kəşfiyyatçı əsgər kimi xidmət etməsinə imkan verirdi. Ağa da müharibənin ilk günündən düşmən təxribatının qarşısının alınması üçün döyüşlərə qoşulanlar sırasında yer alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hüseynli Ağa Aydın oğlu 2001-ci il sentyabrın 7-də Sabirabad rayonu Moranlı kəndində dünyaya göz açıb. Hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilib. Həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanıb.

Şəhidin atası Aydın Hüseynov övladı haqqında qürurla danışır. "Vətəninə bayrağına çox bağlı idi. Hələ məktəb illərindən bayrağa olan sevgisi hər birimizi heyrətləndirirdi. Bu sevgi onun fotolarında da öz əksini tapıb. Cəbhəyə yollanda məndən bir istəyi oldu. Dedi ki, mənə bayraq al gətir. Sözlə ifadə olunmayan bir sevgisi var idi Vətənə. Biz onunla hər zaman fəxr edirik”

“Bütün şəhidlərimizlə qürur duyuruq, onların sayəsində bu gün Vətənimiz azaddır. Şəhidlərimiz canlarını Vətənə fəda etməklə həm də gələcək nəsillərə örnək oldular. Onlar daim Azərbaycan xalqının xatirində qəhrəman kimi yaşayacaq" deyə şəhid atası bildirib.

Şəhidin anası Səadət Hüseynova Ağa haqqında danışarkən gözləri dolsa da, onunla fəxr etdiyini deyir: “Ağa uşaqlıdan mərdliyi ilə seçilirdi. Azyaşlı olmasına baxmayaraq, yaşıdlarına örnək olurdu. Həqiqi hərbi xidmətə yollananda sevincinin həddi hüdudu yox idi və öz sevinci ilə bizləri qürurlandırırdı. Onun Vətənə olan sevigisi valideynlərinə bəslədiyi sevgi qədər müqəddəs idi. Onunla hər zaman fəxr etmişik”

Şəhidin bacısı Nuranə Hüseynzadə isə deyir ki, ailənin son beşiyi olan Ağa çox mehriban idi: "Böyükdən kiçiyə hərkəs onu çox sevirdi. Yaş fərqimiz az olduğu üçün bütün arzu-istəkləri barədə mənə danışardı. Hələ uşaq vaxtlarından onun bayrağa, Vətənə olan sevgisinə həsəd aparırdım. Hərbi xidmətə yollanacağı günü səbirsizliklə gözləyirdi. Məktəb illərində cudo idman növü üzrə bir çox nailiyyətləri var idi. Hərbi xidməti dövründə könüllü olaraq kəşfiyyat bölməsini seçmişdi və həmin vaxt bizimlə əlaqə saxlayanda öz arzusuna çatdığı səsindən bilinirdi. Döyüşlərdə də kəşfiyyatçı kimi bir çox tapşırıqların öhdəsindən gəldi və qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Biz onunla hər zaman fəxr edəcəyik”.

Qeyd edək ki, Ağa Hüseynli İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə şücaəti ilə seçilib. Oktyabrın 5-də Füzuli istiqamətində gedən gərgin döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabrın 8-də isə doğulub boya başa çadığı Moranlı kəndində dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” və “Füzuinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri